2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
iqtisadiyyatİqtisadiyyat

Qlobal iqtisadiyyatla bağlı bədbin proqnoz: Dünya Bankının builki gözləntiləri azalıb

Eyni onillikdə ikinci tənəzzül?

Dünya Bankı qlobal iqtisadi perspektivlərə dair yeni rüblük qlobal hesabatını yayımlayıb. Proqnozlardan məlum olur ki, bu il qurumun qlobal iqtisadiyyatla bağlı böyümə gözləntiləri 1.7 faizə düşüb. Daha öncəki proqnoz 3 faiz idi. Proqnozların aşağı düşməsi bankın inkişaf etmiş ölkələrin iqtisadi böyüməsinə dair gözləntilərini 95 faiz, inkişaf etməkdə olan ölkələrinkini isə 70 faiz azaltmasından qaynaqlanır.

Bankın açıqlamasında bildirilir ki, artan inflyasiya göstəriciləri, uçot dərəcələrinin yüksəldilməsi, investisiyaların azalması, Rusiyanın Ukraynaya müdaxiləsi fonunda qlobal artım kəskin yavaşlayır. Dünya Bankının fikrincə, kövrək iqtisadi şərtlər gözə alınsa, gözləniləndən yüksək inflyasiya, onu əngəlləmək üçün faiz dərəcələrinin qəfil yüksəlməsi, COVID-19 pandemiyasının yenidən canlanması və ya geosiyasi gərginliyin artması kimi hər hansı yeni mənfi tendensiya qlobal iqtisadiyyatı asanlıqla tənəzzülə sürükləyə bilər. Bu halda son 80 ili aşan müddətdə ilk dəfə eyni onillikdə iki qlobal tənəzzül baş vermiş olacaq.

Dünya Bankı iqtisadi artım göstəricilərinin azalmasının yoxsulluğu artıracağından da ehtiyatlanır. Qurumun hesabatında bildirilir ki, dünyadakı ifrat yoxsulların təxminən 60 faizi Səhraaltı Afrikanın payına düşür. 2023-24-cü illərdə orada adambaşına düşən gəlir artımının ortalama cəmi 1.2 faiz olacağı gözlənilir. Bu, yoxsulluq səviyyəsini azaltmaqdan çox, artıra bilər.

Saytların yığılması Saytlarin yigilmasi

Bankın narahatlığını bildirdiyi daha bir məsələ qlobal iqtisadiyyatda investisiyaların azalmasıdır. Dünya Bankının fikrincə, investisiyaların azalması zəif məhsuldarlıq və ticarətlə əlaqəli olduğundan ciddi narahatlıq doğurur və ümumi iqtisadi perspektivləri zəiflədir. Nəzərə almaq lazımdır ki, güclü və davamlı investisiya artımı olmadan daha geniş inkişaf və iqlimlə bağlı məqsədlər baxımından ciddi irəliləyiş mümkün deyil. Bank bu düşüncədədir ki, investisiyaları artırmaq üçün sağlam maliyyə və pul siyasətinin müəyyənləşdirilməsi və investisiya mühitində hərtərəfli islahatların aparılması çox vacibdir.

Böyük iqtisadiyyatlardan hansı gözləntilər var?

Dünya Bankının hesabatında bildirilir ki, bu il qabaqcıl iqtisadiyyata malik ölkələrdə iqtisadi artımın 2022-ci ildəki 2.5 faizdən 0.5 faizədək azalması proqnozlaşdırılır. Bank xəbərdarlıq edir ki, son iki onillikdə bu miqyasda yavaşlamalar qlobal resessiyadan xəbər verir. Dünyanın ən böyük iqtisadiyyatına malik Birləşmiş Ştatlarda 2023-cü ildə artımın 0.5 faizə düşəcəyi proqnozlaşdırılır. Bu, əvvəlki proqnozlardan 1.9 faiz bəndi aşağı nəticədir və 1970-ci ildən bəri iqtisadi azalma illəri nəzərə alınmasa, ən zəif böyümə göstəricisidir.

Bu il avro bölgəsindəki iqtisadi artımsa sıfır faiz səviyyəsində gözlənilir. Çinə gəlincə, burada 2023-cü ildə artım 4.3 faiz səviyyəsində proqnozlaşdırılır. Bu da əvvəlki proqnozlardan 0.9 faiz aşağıdır. Çin istisna olmaqla, gəlişən bazar və iqtisadiyyatlarda artımın 2022-ci ildəki 3.8 faizdən 2023-cü ildə 2.7 faizədək yavaşlaması gözlənilir. Bu, yüksək inflyasiya, valyutanın dəyərdən düşməsi, daha sərt maliyyə şərtləri risklərini artırır.

Azərbaycanla bağlı gözləntilər necədir?

Dünya Bankının hesabatında Azərbaycanla bağlı gözləntilər də yer alıb. Bankın fikrincə, 2023-cü ildə Azərbaycanda iqtisadi artım göstəricisi 2.8 faiz olacaq. Ötən ilin ilk 11 ayının nəticəsinə görə, Azərbaycan iqtisadiyyatı 4.8 faiz böyüyüb. Bu baxımdan aydın olur ki, 2023-cü ildə Dünya Bankı Azərbaycan iqtisadiyyatının 2022-ci illə müqayisədə daha az böyüyəcəyini düşünür. Bank 2024-cü illə bağlı Azərbaycan iqtisadiyyatının böyümə gözləntisini bir qədər də aşağı salaraq 2.6 faizə endirib.

Dünya Bankının Güney Qafqaz ölkələri ilə bağlı göstəricilərindən aydın olur ki, ən aşağı artım proqnozu Azərbaycana aiddir, çünki qurum Gürcüstan iqtisadiyyatının 2023-cü ildə 4 faiz, 2024-cü ildə 5 faiz, Ermənistan iqtisadiyyatınınsa, uyğun olaraq, 4.1 və 4.8 faiz böyüyəcəyini ehtimal edir.

The post Qlobal iqtisadiyyatla bağlı bədbin proqnoz: Dünya Bankının builki gözləntiləri azalıb appeared first on 24 saat.

“24 saat “Qlobal iqtisadiyyatla bağlı bədbin proqnoz: Dünya Bankının builki gözləntiləri azalıb” başlıqlı yazını “Pressklub”a istinadən dərc edib

son xeberler

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button