İqtisadiyyat

Qlobal mənzil qiymətləri bahalaşdı

Tamara Mustafayeva, Banco.az

Dünya miqyasında mənzillərin qiyməti aşağı faiz dərəcələri və ev təsərrüfatına qənaət göstəricisinin mənzil alqı-satqısını dəstəkləməsi səbəbindən 2005-ci ildən bəri müşahidə olunan ən yüksək bahalaşma səviyyəsinə çatıb.

Banco.az xarici mətbuata istinadla bildirir ki, daşınmaz əmlak üzrə beynəlxalq konsaltinq şirkəti olan “Knight Frank” 55 ölkədə illik orta qiymət artımının iyun ayına qədərki 12 aylıq dövr ərzində 9,2% olduğunu bildirib. Bu, 2005-ci ilin mart ayından bəri qeydə alınan ən sürətli artım dinamikasıdır.

Ötən ilin eyni dövründə isə qiymətlər 4,3% bahalaşmışdı.

Sözügedən göstəricilərə görə, aralarında Rusiya və Almaniyanın da olduğu hər 3 ölkədən birində iki rəqəmli qiymət artımı müşahidə edilib. ABŞ, Kanada, Yeni Zelandiya, Avstraliya və Türkiyədə 16%-dən çox nominal qiymət artımı baş verib.

Qeyd edək ki, inkişaf etmiş ölkələrdə mənzillərin orta hesabla qiyməti inkişaf etməkdə olan ölkələrə nəzərən 2 dəfə bahadır. Qiymətlərin ucuzlaşdığı iki ölkə isə Hindistan və İspaniyadır.

Instagram

Mənbə
“24 saat”

Bənzər məqalələr

SİZ DƏ FİKRİNİZİ YAZIN

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button