2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Gündəm

Qlobal spam şəbəkəsi qurana ittihamlar verilib

ABŞ Böyük Jürisi aprelin 21-də rusiyalını dünyanın ən kriminal spam şəbəkəsi yaratmaq ittiham edib.

Bu ay İspaniyada saxlanmış Pyotr Levashov hər il dünyaya yüz milyonlarla spam email göndərmiş kompüter şəbəkəsini idarə etməkdə təqsirli bilinir. ABŞ Ədliyyə Departamenti onun ekstradisiyasına nail olmağa çalışır.

Saytların yığılması Saytlarin yigilmasi

Buna da bax:​ Rusiyanın ‘Yehova Şahidləri’nə qarşı qərarı pislənilir

36 yaşlı Levashov-a fırıldaq və spam əməliyyatlarına bağlı digər cinayətlərlə əlaqədar ittihamlar verilib.

Həmin şəbəkənin 100 mindən çox kompüterdən elektron məktublar göndərdiyi, saxta dərman reklamları, şifrəsi açılmış istifadə məlumatlarını, virus yaydığı bildirilir.

İttihamnaməyə görə, bir gündə 2 min 500-dən spam göndəriblərmiş.

Buna da bax:İnternetdə saxta adla böhtan atanın cəzası nə olacaq?

Ədliyyə Departamenti aprelin 10-da Kelihos kompüterlər şəbəkəsiylə bağlı tədbir görüldüyünü, Levashov-un saxlandığını elan edib.

Federal Təhqiqatlar Bürosu (FBI) İspaniya hökuməti ilə birlikdə bu məsələ üzərində işləyir.

24saat.org

Mənbə – azadliq.org

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button