2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
24 saat

Qobustandakı məhbusların səhhətində problemlər var

Nardaran hadisələrinə görə 20 il azadlıqdan məhrum edilən Abbas Hüseynov həkim müayinəsindən keçirilib. O, böyrək ağrılarından əziyyət çəkir. Bu haqda “Azadliq.info”ya Abbas Hüseynovun vəkili Yalçın İmanov məlumat verib.
Yalçın İmanov sentyabrın 6-da Qobustan həbsxanasında hüquqlarını müdafiə etdiyi üç nəfərlə – Müsəlman Birliyi Hərəkatının sədri, ilahiyyatçı Taleh Bağırzadə, hərəkatın üzvü Abbas Hüseynov və Azərbaycan İslam Partiyasının lideri, ilahiyyatçı Mövsüm Səmədovla görüşüb. Adları çəkilən məhbuslar vəkilə deyiblər ki, həbsxanada su problemi hələ də qalır. Onlar isti yay günlərində, ayaqyolu saxlandıqları kameranın içində yerləşdiyi bir şəraitdə susuzluqdan əziyyət çəkirlər.

Həmçinin məhbusların səhhətində ciddi problemlər var

Saytların yığılması Saytlarin yigilmasi

“Abbas müayinədən keçib. O, böyrək ağrılarından əziyyət çəkməklə yanaşı, həm də immunitet zəifliyi var. Mövsüm Səmədov varikoz ağrılarından əziyyət çəkir. Onu da həkim müayinə edib”, – deyə vəkil bildirib.
Xatırladaq ki, Taleh Bağırzadə və Abbas Hüseynov onlara verilmiş 20 illik cəzanın 7 ilini Qobustan həbsxanasında çəkməlidir. Mövsüm Səmədov isə 12 saylı cəzaçəkmə müəssisəsində intizam qaydalarına tabe olmamaq bəhanəsilə 3 illik həbsxana rejiminə keçirilib.

 

azadliq.info

24saat.org

Mənbə – azadliq.info

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button