Loading...
Loading...
Cəmiyyət

“Qoca” ilə birgə qaçan məhbusa hökm oxundu

Bakıda qatardan qaçan məhbus Əli Ağaminin əvvəlki cinayət işi üzrə məhkəmə iclası başa çatıb.

24saat.org Report-a istinadən xəbər verir ki, ötən gün Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimlər kollegiyası Ə.Ağamiyə hökm oxuyub.

Proses Bakıda, Sabunçu Rayon Məhkəməsinin inzibati binasında keçirilib.

Məlumata görə, hakimlər kollegiyası Lənkərandan Bakıya məhz bu məhkəmə iclasına görə gəlib.

Məhkəmənin hökmü ilə Ə.Ağami 19 il müddətinə azadlıqdan məhrum edilib.

Hazırda Ə.Ağaminin qaçmasına görə açılmış cinayət işi üzrə istintaq davam etdirilir.

Gözdən qaçırmayın:  General Nizami Məmmədov həbs olundu - FOTO

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button