2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Gündəm

“Qonaq otağında xəncər, yataq otağında 2 qumbara var idi”

“Özü dedi ki, qonaq və yataq otağında nəsə var. Qonaq otağında xəncər var idi, yataq otağındakı siyirmədən də 2 qumbara, 10 ədəd patron və çağırışlar olan 3 ədəd kitabçanı özü bizə verdi, qablaşdırdıq”.

İlahiyyatçı Taleh Bağırov və daha 17 nəfərin məhkəməsində ən qalmaqallı iclaslardan biri DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşı İbrahim Kazımovun dindirildiyi iclas olmuşdu. Çünki Bağırov və digərlərinin iddiasına görə, idarədə onlara ən çox işgəncə verənlərdən biri bu adam olub. Hərçənd, Kazımov işgəncə iddialarını rədd edirdi.

Saytların yığılması Saytlarin yigilmasi

Həmin İbrahim Kazımov aprelin 16-da yenə Bakı Ağır Cinayətlər Məhkəməsində dindirilib – bu dəfə Nardaran hadisələrindən sonra həbs olunan üçüncü qrupun işində. Bu qrupda ilahiyyatçı Zülfüqar Mikayılov və daha 11 nəfər məhkəmə önünə çıxarılıb.

“RAZILAŞDIRILDI Kİ, SƏNƏDƏ QOL ÇƏKMƏLİYƏM”

İbrahim Kazımov deyib ki, təqsirləndirilən şəxslərdən Faiq Allahverdiyevin evindən silah-sursat tapıblar: “Samur sərhəd-keçid məntəqəsinin əməkdaşları bir nəfəri saxlayıb idarəyə gətirdilər. Həmin şəxs etiraf etdi ki, evində silah-sursat var. Üç nəfər İdarənin əməkdaşı və iki nəfər hal şahidi ilə birlikdə evinə getdik, ərizə yazdı ki, evində axtarış aparılmasına etiraz etmir. Evə girdik, heç kim yox idi, evdə qumbara və “trotil şaşkası” aşkar edildi. Sənədləşdirdik və İdarəyə gəlib protokollaşdırdıq”.

Kazımov vəkillərin suallarının bir çoxuna “xatırlamıram” cavabını verib və bunu o hadisədən sonra çox əməliyyat iştirak etməsiylə əsaslandırıb. O, həmçinin əməliyyat zamanı videoçəkiliş aparıldığını söyləyib.

Faiq Allahverdiyev isə deyir ki, iş materiallarında bəhs olunan silahları evinə “bandotdel” əməkdaşları qoyub, özləri də götürüblər: “Belə razılaşdırıldı ki, məndə silah olması haqda sənədə qol çəkməliyəm”.

Kazımov deyir, əməliyyat 30-40 dəqiqə çəkib, F. Allahverdiyev isə cəmi 3-5 dəqiqəyə məsələni həll elədiklərini bildirir.

“Heç nədən xəbərim yoxdur, niyə mənə o qədər maddə qoymusunuz? İnşallah, Siratda görüşəcəyik”, – Allahverdiyev Kazımova belə deyib.

“ÖZÜ DEDİ Kİ, NƏSƏ VAR”

BMCMİ-nin digər əməkdaşları Mehman Teymurov, Kamil Məmmədov da dindiriliblər. Onların ifadələri ümumilikdə Kazımovun dediklərinə uyğun olub.

Mehman Teymurov da Faiq Allahverdiyevin evindəki əməliyyatda iştirak etdiyini deyir.

Kamil Məmmədov isə başqa bir təqsirləndirilən Mehman Quliyevin saxlanılmasından danışıb: “Mənə əməliyyat məlumatı daxil olmuşdu, əməliyyat qrupu yaradıldı, qrupa mən rəhbərlik edirdim. Getdik Nardarana, 1 dekabr 2015-ci ildə Quliyevin evinin qarşısında əməliyyat mövqeyi seçdik. O, darvazadan çıxanda saxladıq. Razılıq ərizəsini alıb, axtarış üçün evinə getdik, özü dedi ki, qonaq və yataq otağında nəsə var. Qonaq otağında xəncər var idi, yataq otağındakı siyirmədən də 2 qumbara, 10 ədəd patron və çağırışlar olan 3 ədəd kitabçanı özü bizə verdi, qablaşdırdıq, İdarədə protokollaşdırdıq”.

Mehman Quliyev isə polisin söylədiklərinin həqiqətə uyğun olmadığını bildirib. Quliyev evinə 3 yox, 15 nəfərin gəldiyini, həmin şəxslərin mülki geyimdə yox, xüsusi geyimdə və maskada olduqlarını, onların evinin qapısını təpiklə sındırıb açdıqlarını deyib. O, atasının da saxlanıldığını, lakin sonradan onu buraxdıqlarını əlavə edib.

TƏQSİRLƏNDİRİLƏNİN VƏSATƏTLƏRİ TƏMİN OLUNMAYIB

Məhkəmədə həmçinin təqsirləndirilən Ruzi İsmayılov ötən məhkəmə iclaslarında dindirilmiş Gəncə Baş Polis İdarəsinin Mütəşəkkil Cinayətkarlıqla Mübarizə Şöbəsinin əməkdaşları Rasim Qurbanov (İsmayılov və digərləri həbs olunanda şöbənin rəisi idi-red.) və Oqtay Orucov haqqında cinayət işinin başlanması üçün Baş Prokurorluğa müraciət olunması barədə vəsatət verib. Vəsatət Qurbanovun təqsirləndirilənlər Ruzi İsmayılov, Mübariz İbrahimov və Ramil Seyfullayev Gəncədə saxlanıldıqdan sonra onlara fiziki və mənəvi işgəncələr verməsi, məhkəmədə təqsirləndirilən şəxsləri təhqir etməsi, onlarla aqressiv danışması, Oqtay Orucovun məhkəmədə yalan ifadə verməsi ilə əsaslandırılıb.

Zeynal Ağayevin sədrlik etdiyi hakimlər kollegiyası vəsatəti baxılmamış saxlayıb.

Ruzi İsmayılovun ikinci vəsatəti Rasim Qurbanov və Oqtay Orucov barəsində məhkəmə-psixiatrik ekspertizasının keçirilməsi barədə olub. İsmayılov vəsatəti həmin şəxslərin məhkəmədə ifadə verərkən qeyri-normal hərəkətlər etmələri ilə əsaslandırıb.

Məhkəmə mayın 1-də davam edəcək. (azadliq.org)

24saat.org

Mənbə – azadliq.info

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button