Loading...
Loading...
Manşet

Qondarma “Arsax” respublikası Azərbaycan əsgərləri girov götürdüyünü bildirib – VİDEO

Qarabağdakı separatçı rejim Azərbaycan əsgərlərini girov götürüb.
24saat.org xəbər verir ki, bu barədə erməni mənbələri məlumat yayıb. Xəbərdən belə aydın olur ki, Cəmil Babayev adlı hərbçimiz Ağdərədə girov götürülüb.
Qarabağdakı qondarma rejimin “prokurorluğu” məlumat yayıb ki, guya Cəmil Babayev SƏRHƏDDİ POZARAQ Ağdərənin Təryan küçəsində ermənilərin yaşadığı evlərdən birinə giribmiş. Məlumatda qeyd olunur ki, artıq faktla bağlı cinayət işi başlanıb.

Müdafiə Nazirliyi Azərbaycan əsgərinin ölkəmizin Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan ərazisinə keçməsi haqda məlumat yayıb. 

Müdafiə Nazirliyindən bildirilib ki, Azərbaycan Ordusunun müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər Babayev Cəmil Natiq oğlu Gəncə hospitalının psixiatriya bölməsini özbaşına tərk edib.

Qeyd edilib ki, əsgər C.Babayev haqqında cinayət işi başlanılıb, araşdırma aparılır.

Ehtimal olunur ki, hərbi qulluqçumuz Rusiya sülhməramlılarının nəzarətində olan əraziyə keçib.

Qeyd edək ki, ötən gün yayılan məlumatda adıçəkilən əsgərin ermənilər tərəfindən tutulması haqda məlumat yayılmışdı.

Erməni mediası hərbçimizin görüntülərini də yayıb. Həmin görüntüləri təqdim edirik.
Gözdən qaçırmayın:  Putin ailəsini bunkerdə gizlədib - ŞOK İDDİA

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button