2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Xəbərlər

Qondarma “erməni soyqırımı”na Avropada “yaşıl işıq” yandıran nədir?

Qabil Hüseynli: “Bu məsələdə xristian təəssübkeşliyi əsas rol oynayır”

 

“Avropada anti-Türkiyə meyilləri artmaqdadır”

Saytların yığılması Saytlarin yigilmasi

 

Ötən gün qondarma “erməni soyqırımı” daha bir Avropa dövlətində – Danimarka parlamentində müzakirəyə çıxarıldı.

Məlumat üçünqeyd edəki ki, Türkiyə və Azərbaycanın beynəlxalq səviyyədə apardığı təbliğata rəğmən qondarma “erməni soyqırımı” zaman-zaman müxtəlif dövlətlərin parlamentinə yol tapmaqda, müzakirə edilməkdə, bəzi parlamentlər tərəfindən isə tanınmaqdadır.

Azərbaycan və Türkiyənin beynəlxalq müstəvidə apardığı bunca təbliğata rəğmən qondarma “erməni soyqırımı”nın dünya parlamentlərinə yol tapması nə ilə bağlıdır?

24saat.org-a açıqlama verən politoloq Qabil Hüseynli bunun əsas səbəblərindən birinin xristian təəssübkeşliyi ilə bağlı olduğunu vurğuladı:

“Bu məsələdə xristian təəssübkeşliyi əsas rol oynayır. Ən başlıca amil budur. Ikincisi, bu, erməni lobbisi və onun fəaliyyəti ilə bağlıdır. Məsələ bundadır ki,erməni lobbisi hər yerdə fəaliyyət göstərir. Türkiyənin son addımları – Rusiya ilə yaxınlaşması, NATO və ABŞ-la münasibətləri soyutması da belə bir addımın atılmasına heç də az zəmin yaratmır. Türk lobbiçiliyi Avropada əvvəlki kimi işləyə bilmir. Anti-Türkiyə meylləri Avropada güclənir. Bütün bunlar isə qondarma “erməni soyqırımı” ilə bağlı iddiaların Qərb dövlətlərinin parlamentinə yol tapmasına səbəb olur”.

 

Seymur Əliyev

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button