Dünya
Qonşu qarışdı: Tbilisidən partlayış və silah səsləri gəlir – Yaralılar var

Gürcüstanın paytaxtı Tbilisidə bu səhər partlayış və silah səsləri eşidilib.
Metbuat.az xəbər verir ki, “Əl-Cəzirə” televiziyası xüsusi təyinatlı polislərin Tbilisidəki binalardan birində əməliyyat keçirdiyi barədə xəbər yayıb. Binadakı əməliyyat zamanı atışma baş verib.
Hadisə şahidləri, polislərin yerli saatla 05:00 radələrində yolları kəsdiyini və xarici vətəndaşların qaldıqları mənzilə basqın etdiklərini deyiblər.
Hadisə yerində təxminən 100 polis və xilasetmə briqadaları var.
Yerli “Rustavi 2” kanalı atışmada bir polisin yaralandığını açıqlayıb.
You must log in to post a comment.