2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Dünya

Qorbaçovun dalınca danışılanlar

Qorbaçov gah Putini Rusiyaya sabitlik gətirdiyi üçün tərifləyib, gah da onun hakimiyyətini möhkəmləndirmək üçün media və narazılara təzyiqini pisləyib

Saytların yığılması Saytlarin yigilmasi

Dünyanın bir sıra liderləri və siyasətçiləri keçmiş sovet lideri Mixail Qorbaçovun 91 yaşında vəfatı münasibətilə başsağlığı veriblər. Avropada kommunizmin çöküşünə səbəb olmuş islahatların müəllifi avqustun 30-da 91 yaşında “ağır və uzun sürən xəstəlikdən” vəfat edib.

Sosial media istifadəçiləri isə Qorbaçovu Rusiyanı dünyada ikinci səviyyəli dövlətə çevirdiyinə görə tənqid edir. Azərbaycanda sosial media istifadəçiləri keçmiş siyasətçinin Bakıda 1990-cı ilin 20 yanvar faciəsinin müəllifi kimi yad edir.

ABŞ Prezidenti Co Bayden Qorbaçovu “fərqli gələcəyin mümkün olduğunu görən və buna nail olmaq üçün bütün karyerasını riskə atan nadir lider” adlandırıb. “Nəticə isə milyonlarla insan üçün daha təhlükəsiz dünya və daha böyük azadlıq demək idi”, – Bayden bildirib.

BMT-nin Baş katibi Antonio Quterreş Qorbaçovun “tarixin gedişatını dəyişdyini”, Aİ Komissiyasının prezidenti Ursula von der Leyen isə onun “unutmayacağımız miras” qoyduğunu söyləyib.

Rusiya parlamentinin aşağı palatası Dumanın hakim Vahid Rusiya partiyasından üzvü Oleq Morozov deyib ki, Qorbaşçov Rusiya üçün “ədalətsiz” yeni dünya düzəninin “həmmüəllif”lərindən biri olub.

Morozov Rusiyanın Ukraynaya qarşı səbəbsiz müharibəsini postsovet dünya düzənini dəyişmək cəhdi adlandırıb. O ümid etdiyini bildirib ki, Qorbaçov hərəkətlərinin nəticələri üçün “vicdan əzabı” çəkib.

Rusiya Prezidenti Vladimir Putin sözçüsü Dmitri Peskov vasitəsilə Qorbaçovun ölümünə görə başsağlığı verib.

Keçmiş sovet liderinin Moskvadakı Novodeviçi məzarlığında, 1999-cu ildə vəfat etmiş həyat yoldaşı Raisanın yanında dəfn olunacağı gözlənir.

1985-ci ildə Kommunist Partiyasının başına keçən Qorbaçov altı il ona sədrlik edib. Onun rəhbərliyi Dəmir Pərdənin yıxılması, Almaniyanın yenidən birləşməsi və Sovet İttifaqının dağılması ilə nəticələnib. Putin sonuncunu “əsrin ən böyük geosiyasi fəlakəti” adlandırıb.

Qorbaçov Sovet İttifaqını ayaqda saxlamaq üçün “qlasnost” (aşkarlıq) və “perestroyka” (yenidənqurma) islahatlarına başlayıb.

1989-cu ildə Şərqi Avropada demokratiya tələbiylə etirazlar başlayanda hərbi müdaxiləyə qarşı çıxıb.

Ancaq 1990-ci ildə Azərbaycanda 147 nəfərin ölümüylə nəticələnmiş qanlı 20 yanvar faciəsi məhz SSRİ rəhbərliyinin əmri ilə 26.000 nəfərlik sovet ordusunun Bakıya yeridilməsi nəticəsində baş verib.

Azərbaycanın Xarici İşlər Nazirliyi faciənin 30-cu ildönümündə yaydığı bəyanatda Qorbaçovu yanvarın 19-da SSRİ və Azərbaycan SSR Konstitusiyasını pozaraq yanvarın 20-dən Bakıda fövqəladə vəziyyət elan edilməsi haqqında fərman imzalamaqda ittiham edirdi.

“Lakin əhalinin bundan məlumatsız qalması üçün SSRİ Dövlət Təhlükəsizlik Komitəsinin “Alfa” qrupu tərəfindən Azərbaycan televiziyasının enerji bloku partladıldı və respublikada televiziya verilişləri dayandırıldı. Beləliklə də, həmin gecə qoşunlar fövqəladə vəziyyətin elan edilməsindən xəbərsiz olan şəhərə daxil olaraq dinc əhaliyə amansız divan tutdu”, – bəyanatda deyilirdi.

Qorbaçov sonralar “Həyat və islahatlar” kitabında 20 yanvar qırğını haqda yazırdı ki, hadisələrin bu şəkildə baş verməsinin əsas günahı Dağlıq Qarabağ məsələsi ətrafında o illərdə yenidən kəskinləşən erməni-azərbaycanlı qarşıdurması olub.

Qorbaçov həm də sovetlərdə daha böyük azadlığın millətçi qüvvələri qızışdıracağını bilirdi. Ermənistanla Azərbaycan arasında Dağlıq Qarabağ münaqişəsi 1989-cu ildə alovlandı, etnik poqromlar törədildi. Kreml Baltik respublikalarının müstəqillik hərəkatları ilə mübarizəyə başladı. Bu respublikalarda Moskvanın onillərlə davam edən dominantlığından narazılıq güclü idi.

Bütün bunlar Sovet İttifaqının 15 respublikasında demokratiya və muxtariyyət istəyini alovlandırdı.

1991-ci ilin avqustunda çevriliş nəticəsində Qorbaçov siyasi baxımdan daha da zəiflədi və bir həftə sonra Kommunist Partiyasının baş katibliyindən istefa verdi.

Dekabrın sonunda Sovet İttifaqının prezidenti vəzifəsindən istefası isə sovet imperiyasının dağılmasına gətirdi.

O 1990-cı ildə Şərq-Qərb gərginliyinin azaldılmasında roluna görə Nobel sülh Mükafatına layiq görülüb, ancaq eyni zamanda dünyanın ən böyük ölkəsinin dağılmasının yaratdığı xaosa görə milyonlarla rusiyalının ədavətini də qazanıb.

Sonrakı illərdə Qorbaçov gah Putini Rusiyaya sabitlik gətirdiyi üçün tərifləyib, gah da onun hakimiyyətini möhkəmləndirmək üçün media və narazılara təzyiqini pisləyib.

24 saat” “
Qorbaçovun dalınca danışılanlar
” başlıqlı yazını “AzadliqRadiosu”na istinadən dərc edib

Xeberler

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button