2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
CəmiyyətXəbərlər

Qorxmaz Hüseynovun idarəsi göyçaylıları aldadır – Fırıldaq

“Azərsu” ASC-nin Göyçay Sukanal Törəmə Səhmdar Cəmiyyəti rayon sakinlərini aldadır.

24saat.org-a daxil olan məlumata görə, yeni su xətti çəkildikdən və “Smart-kart” tipli sayğacların quraşdırıldıqdan sonra Göyçay əhalisi sudan korluq çəkməsə də, yeni xəttə qoşular-qoşulmaz əhaliyə külli miqdarda və kütləvi şəkildə su borc yazılıb. Həmin borcu ödəməyəcəkləri təqdirdə vətəndaşlara yeni su xəttindən istifadə edə bilməyəcəkləri bildirilib. Çoxsaylı şikayətləridən sonra “Azərsu” ASC-nın “Göyçay Sukanal” Törəmə Səhmdar Cəmiyyəti saxta şəkildə yazdığı borcları tədricən silməyi və əhalini su ilə təmin etməyi öhdəsinə götürüb. Belə ki, indi “Smart-karta”a 10 manat daxil edəndə onun 3 manatı köhnə borcdan silinir. Sakinlər tamamilə susuz qalmaqdansa, “buna da şükür” deyib, bu vəziyyətlə razılaşırlar. Ancaq sakinlər yazılan bu saxta borcların məmurların ciblərinə getdiyini deyirlər. Çünki sakinlərin çoxunun vaxtı ilə ödəniş barədə qəbzləri var, ancaq qeyd olunan cəmiyyətdən deyirlər ki, o qəbzlər saxtadır və onları verən əməkdaşları çoxdan işdən çıxarılıblar.

24saat.org

Saytların yığılması Saytlarin yigilmasi
Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Back to top button