
Qrafik-dizayner Rəsul Həsənli bu gün səhər evdən çıxarkən oğurlanıb. Bu barədə bloger Həbib Müntəzir məlumat verib.
Bir müddət əvvəl Həsənli fevralın 16-da MSK binasını mühasirəyə alan polis əməkdaşlarının yallı getdiyi videoçarxı montaj edərək sosial şəbəkələrdə yerləşdirib.
Həsənli yoxa çıxdıqdan qısa müddət sonra onun Facebook profilindən bu çarx silinib. Göründüyü qədər, bu videoçarx yuxarılarda kiminsə xoşuna gəlməyib, amma orada başa düşmürlər ki, İnternetə düşənlər “ölmür”.
Contact.az