2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
İdman

Qriqorçuk azarkeşlәri satqın adlandırdı

Topaz Premyer Liqasının XXXIV turunda “Qarabağ” “Əlincə Arena”da “Qəbələ”ni 2:0 hesabıyla məğlub edib. Qaynarinfo.az xәbәr verir ki, oyunsonrası mətbuat konfransında “Qəbələ”nin baş məşqçisi Roman Qriqorçuk fikirlərini bildirib: 
“Rəqibi qələbə münasibətiylə təbrik edirəm. Onlar doğrudan da güclü komandadırlar. Onların güclü olması, turnir cədvəlində də öz əksini tapır”.
– “Qarabağ” artıq işini bitirib. Bu günkü oyunda sizdən yaxşı oyun gözləsək də, bunun şahidi olmadıq. Səbəb nədir?
– Hücumdan müdafiəyə qoşularkən səhvlərə yol verdik. Hesabda geri olduğumuz zaman təzyiqi artırmalıydıq. Amma bunu bacarmadıq.
– Bu gün azarkeşlər sizi istefaya səslədi. Özünüzü necə hiss edirsiniz?
– Mən özümə inanmağa davam edirəm. Bu, azarkeşlərimizin seçimidir. Bu, onların komandaya olan sevgisini göstərir. Azarkeşləri bu hərəkətlərinə görə satqın adlandırardım.
– Cavid Hüseynovun yoxluğunda komandanızı arxasınca aparan lider futbolçu yoxdur…
– Cavidi çox istəyirəm. Onun yoxluğu hiss olunur. Komandamızda çox lider futbolçu olmalıdır.
– Azarkeşlərinizi satqın adlandırdınız. Düşünürsünüz ki, azarkeşləriniz sizi kiməsə satıb?
– Deməzdim ki, satqınlıq… Amma məndə belə bir hiss yaradırlar. Bizi Avropa Liqasında dəstəkləyən azarkeşlərin bu gün belə bir münasibət göstərməsini qəbul edə bilmirəm. Gələcəkdə vəziyyətimiz düzəlsə, mən o insanlarla ünsiyyət qurmayacağam.
– “Qəbələ” azarkeşlərini satqın adlandırdınız. Qəbələyə qayıtmaqdan qorxmursunuz?
– Satqınlıq deməzdim, belə bir hiss yaşadığımı deyərdim. Qəbələyə qayıtmaqdan qorxmuram və sözümün arxasındayam.

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Back to top button