Bizim tərcümə

Quantanamonun ən yaşlı məhbusu azadlığa buraxılıb

2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər

2022-10-29 18:25:13

75 yaşlı Seyfullah Paraça 2001-ci il sentyabrın 11-də baş verən hücumlardan iki il sonra Əl-Qaidə tərəfdarı olduğu iddiası ilə saxlanılıb.

Təşkilata maliyyə vəsaiti verməkdə ittiham olunan Paraça həmişə günahsızlığını müdafiə edib və heç vaxt rəsmi ittiham irəli sürülməyib.

Saytların yığılması Saytlarin yigilmasi

11 sentyabr hücumlarında şübhəli bilinən yüzlərlə məhbus Kubadakı hərbi bazada yerləşən həbsxanada qalıb.

Pakistan Xarici İşlər Nazirliyindən verilən açıqlamada, “Quantanamo həbsxanasında saxlanılan Pakistan vətəndaşı Seyfullah Paraça azad edilib və 29 oktyabr 2022-ci ildə Pakistana gəlib. “Xaricdə saxlanılan Pakistan vətəndaşının nəhayət ailəsinə qayıtmasından məmnunuq”, – məlumatda deyilir.

Paraça 2003-cü ilin iyulunda FTB-nin Amerika Mərkəzi Kəşfiyyat İdarəsinin əməliyyatı nəticəsində ələ keçirilib.

ABŞ-da təlim keçmiş Paraça Amerika hakimiyyəti tərəfindən təşkilatın liderləri, o cümlədən Usamə bin Laden və Xalid Şeyx Məhəmmədin də olduğu təmasda olmaqda günahlandırılıb.
Paraça Əfqanıstandakı ABŞ həbsxanasında, Baqram aviabazasında 14 ay qaldıqdan sonra Quantanamoya aparılıb.

ABŞ prezidenti Co Bayden hələ ittiham olunmamış məhbusları azad etmək və Əl-Qaidə ilə birbaşa əlaqəsi olan şəxslərin məhkəmə prosesini sürətləndirmək üçün təzyiq altında idi.
Bayden administrasiyası digər 55 yaşlı Pakistan vətəndaşı Əbdül Rabbani və 41 yaşlı Yəmən vətəndaşı Əbdül əl Rəhim Osmanın da olduğu Paraçanın azadlığa buraxılmasına razılıq vermişdi.

Pakistan Xarici İşlər Nazirliyinin bəyanatında Rəbbaninin adı çəkilməyib.

11 sentyabr Hücumlar Komissiyasının hesabatında hücumun baş memarı kimi tanınan Xalid Məhəmməd də daxil olmaqla 35 nəfər hələ də Quantanamoda saxlanılır.

Tərcümə“24 SAAT”

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button