Now Reading:
Quba yolunda yük maşınları TOQQUŞDU – Bir ailənin 3 üzvü öldü (FOTO)

Quba yolunda yük maşınları TOQQUŞDU – Bir ailənin 3 üzvü öldü (FOTO)

Bakı-Quba yolunda zəncirvari qəza baş verib.

Unikalorgun əldə etdiyi məlumata görə, Nasosnu ərazisində üç avtomobil toqquşub.Nəticədə MAN markal yük maşını digər yük maşınına çırpılıb. Bundan başqa 10-FH-377 dövlət qeydiyyat nişanlı “VAZ 2107” minik avtomobili yük maşınına dəyib.

Qəza zamanı minik maşınında olan  bir ailənin üç üzvü – 1988-ci təvəllüdlü Allahverdiyev Taleh Qüdrət oğlu, həyat yoldaşı Allahverdiyeva Nazilə və anası 1966-cı il təvəllüdlü Allahverdiyeva Lalə dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.

Input your search keywords and press Enter.