2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Gündəm

Qubad İbadoğlu: ”Bu, statistik yalandır”

İlham Əliyev: Bakıda 300-dən çox yeni hündürmərtəbəli bina tikilir

Aprelin 10-da prezident İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2017-ci ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclası keçirilib.

Dövlət başçısı 2017-ci ilin ilin birinci rübündə iqtisadi inkişafın təmin olunduğunu, sosial məsələlərin həllini tapdığını, ordu quruculuğunun uğurla getdiyini deyib.

Saytların yığılması Saytlarin yigilmasi

Toplantı barədə məlumatı president.az saydı yayıb.

“İdxalın azalması, ixracın kəskin artması iqtisadi sabitliyimizi təmin edir “

 

Ölkə rəhbəri ilin ilk 3 ayı ərzində qeyri-neft sektorunun 2,4 faiz artdığını, qeyri-neft sənayesində artımın 2 faiz səviyyəsində olduğunu, kənd təsərrüfatının 3,5 faiz artdığını, bitkiçiliyin 20 faizdən çox artdığını bildirib:

“Birinci rübdə valyuta ehtiyatlarımız 1 milyard dollar səviyyəsində artıb və bu gün valyuta ehtiyatları 38,5 milyard dollar təşkil edib. Bu, çox önəmli məsələdir. Bu ilin 3 ayı ərzində ticarət dövriyyəsi 15 faiz, ixrac təxminən 50 faiz, qeyri-neft ixracımız təxminən 10 faiz artıb, idxal isə 17 faiz azalıb. İdxalın azalması, ixracın kəskin artması iqtisadi sabitliyimizi təmin edir. Ticarət dövriyyəmizin müsbət saldosu 1 milyard dollar səviyyəsindədir. Birinci rübdə 85 min yeni iş yeri açılıb. Yeni iş yerlərinin yaradılmasının təkcə dövlət sektorunda deyil, özəl sektorda da davam edib. Özəl sektorda 40 mindən çox yeni iş yeri yaradılıb”.

Bakıda 300-dən çox yeni hündürmərtəbəli binanın tikildiyini və nəticədə minlərlə yeni iş yeri yaradıldığını söyləyən İlham Əliyev bildirib ki, paytaxtın müxtəlif yerlərində müddəti keçmiş, yararsız vəziyyətdə olan binalar sökülür, həmin binalarda yaşayan vətəndaşlara ya kompensasiyalar ödənilir, yaxud da kirayə pulu verilir. Birinci belə pilot layihə Sabunçu rayonunda icra edilib.

 

“Valyuta ehtiyatlarımız xarici borcumuzdan 5 dəfədən çoxdur”

Dövlət büdcəsinin icrasının uğurla getdiyini, builki investisiya proqramının tam şəkildə icra edilməsinin vacibliyini, ölkə üçün ən lazımlı layihələrə vəsaitin ayrıldığını, maliyyə vəziyyətinin yaxşı olduğunu bildirən dövlət başçısı valyuta ehtiyatlarının xarici borcdan 5 dəfədən çox olduğunu söyləyib və bunu yaxşı nəticə adlandırıb.

Prezident sənaye istehsalı və kənd təsərrüfatı sahələrini prioritet sahələr adlandırıb. Rayonlarda sənaye zonalarının yaradıldığını deyən dövlət başçısı kənd təsərrüfatının inkişafı üçün bu il 150 min hektar yeni torpağın suvarılmasının nəzərdə tutulduğunu, yeni zavodların istifadəyə veriləcəyini qeyd edib və görüləcək işlərin bu sahədə artıma səbəb olacağını vurğulayıb.

 

“Mart ayında 10 gündən çoxu iş günü olmayıbsa, kəskin iqtisadi artımın əsasları yoxdur”

Dövlət başçısının fikirlərini Meydan TV-yə şərh edən Demokratiya və Rifah Hərəkatının sədri, iqtisadçı Qubad İbadoğlu valyut ehtiyatlarının həcminin, yaxud müəyyən bölmələrdə artımın inkar olunmadığını deyib:

“Amma bütövlükdə iqtisadi canlanmadan, böhrandan çıxışdan danışmaq tezdir. Hətta prezidentin səsləndirdiyi göstəricilər bir-birlərini tamamlamır. Aylıq dinamikaya nəzər saldıqda görünür ki, əvvəlki aylarda sənaye sektorunda azalma müşahidə olunurdusa, indi artım var. İqtisadiyyatda belə kəskin dəyişikliklər nadir hallarda müşahidə olunur. İkinci kəskin dəyişikliklərdə qiymət artımı rol oynayır. Dünya bazarında da neftin qiymətində  ciddi artım olmayıb. Mart ayının şənbə və bazarını nəzərə alsaq, 10 gündən çox iş günü olmayıb, deməli, kəskin iqtisadi artımın əsasları yoxdur”.

O, ehtimal edir ki, prezidentə bu barədə məlumatları təqdim edənlər müsbətə doğru məqamları qabardıblar:

“Bəzi göstəricilərin isə ciddi əsası yoxdur. Məsələn, ötən ilin bu vaxtı bitkiçilik sahəsində çox az bir istehsal olubsa,  bu il həmin istehsal bir qədər artıbsa, bunu iqtisadiyyatda böyük artım kimi təqdim etmək olmaz. Yaxud əvvəllər Azərbaycana Misirdən 5 turist gəlirdisə, bu il 45 turist gəlir, bunu turuzmin inkişafı kimi qələmə vermək doğru deyil. Bəli, bunlar baza effektinin nəticəsi ola bilər. Amma iş yerlərinin açılması, yoxsulluğun azaldılması barədə deyilənlərin nə iqtisadi, nə sosial, nə elmi əsası yoxdur”.

Q.İbadoğlunun paytaxtda 300-dən çox binanın tikilməsi barədə deyilənlərə reaksiyası belə olub: “Bəlkə əvvəlki illərdə tikilən binalar nəzərdə tutulur? Axı bir rübdə fiziki baxımdan da bu qədər binanın tikintisi mümkün deyil, şənbə-bazar günlərini də unutmayaq. Bu, statistik yalandır”.

 

“Əhalinin pul gəlirləri, orta aylıq əməkhaqqının səviyyəsi aşağı düşüb”

Xalq Cəbhəsi Partiyasının Rəyasət Heyətinin üzvü, iqtisadçı Nemət Əliyev bildirib ki, ilin birinci rübünə dair rəsmi statistik məlumatlar açıqlanmayıb: “Güman ki, ölkə rəhbəri xidməti məlumatlardan istifadə edib. Ancaq ilin birinci iki ayının – yanvar və fevralda – qeyri-neft sektorunda gəlirlər azalmaqda davam edib. Baxmayaraq ki, neft sektorunda qiymətlərin nisbətən yüksəlməsi hesabına müəyyən qədər artıma nail olunub. Əhalinin pul gəlirləri, orta aylıq əməkhaqqının səviyyəsi aşağı düşüb. Aqrar sektora, xüsusən mənzil tikinti sahəsinə kapital yatırımlarında azalma qeydə alınıb. Xarici ticarət dövriyyəsində azalma davam edib”.

 

“Valyuta ehtiyatları haqda səslənən rəqəmlərdə və başqa göstəricilərlə bağlı şübhəli məqamlar var”

İqtisadçı fikirlərini milli valyutanın alıcılıq qabiliyyətini nəzərə alaraq apardığı hesablamalara əsasən səsləndirib:

“Belə bir şəraitdə dövlət başçısının göstəricilərdə artımın olmasına dair dediklərinə şübhə edirəm. Konkret halda valyuta ehtiyatlarının artması barədə deyilənlər reallığı ifadə etmir. 2016-cı ilin birinci 9 ayı ərzində dövlət başçısı valyuta ehtiyatlarının 38 milyard dollara qədər artdığını demişdi. İlin sonuncu 3 ayı ərzində o qədər kəskin azalma olub ki, nəticədə Neft Fondunda vəsaitlərin həcmi 33 milyard dollara düşdü. Doğrusu, przidentin açıqlamaları şübhəli məqamlardan xəbər verir. Nə baş verir ki, ötən ilin 9 ayında vəsaitlər artır, amma sonra 3-4 milyard dollar azalma baş verir? Sonradan məlum oldu ki, dövlət  büdcəsi qarşısındakı öhdəliklərin yerinə yetirilməsindən kəsib hansısa sahələrdə dövrüyəyə buraxırlar. Xüsusən də ilin sonuncu aylarında bu vəsaitləri bir yerdən başqa yerə köçürməklə təyinatından yayındırırlar. Ona görə valyuta ehtiyatları haqda səslənən rəqəmlərdə və başqa göstəricilərlə bağlı şübhəli məqamlar var”.

 

“Zaqatala Fındıq Zavodu orta təmirli mənzilin qiymətinə satışa çıxarılıb”

Nemət Əliyev deyib ki, 2014-cü ilin sonlarından başlayaraq bütün iqtisadi və sosial göstəricilər kəskin şəkildə aşağı düşüb:

“Məsələn, 2016-cı ildə 2014-ci illə müqayisədə əhalinin pul gəlirlərində 22 milyard çox azalma oldu. ÜDM göstəricisi 50 faizdən çox aşağı düşdü. Vəziyyət o dərəcədə pisləşib ki, tunelin dibində bir balaca işıq ucu görsənəndə onu böyük inkişaf kimi dəyərləndirirlər. Güman ki, hökumət hansısa sahədə canlanma hiss edib və bunu analoqu olmayan inkişaf kimi qələmə verir. Bu yanaşma düzgün deyil. Yalnız indiki götəriciləri başqa ölkələrin göstəriciləri ilə müqayisə etməklə daha doğru nəticələrə gəlmək olar. Konkret olaraq, Gürcüstan və Ermənistanın adını çəkmək olar. Adi misal, Dövlət Əmlak Komitəsinin dövlət mülkiyyətinin özəlləşdirilməsinə dair elanı yayılıb, bəlli olur ki, Zaqatala Fındıq Zavodu orta təmirli mənzilin qiymətinə satışa çıxarılıb. Oxşar münasibətlər başqa obyektlərə də sərgilənib. Deməli, yerli istehsalda elə mənzərə yaranıb ki, onların satışını da təşkil etmək mümkün deyil. Odur ki, ölkə başçısının açıqladığı rəqəmlərin gerçək həyatla bağlantısı yoxdur”.

24saat.org

Mənbə – azadliq.info

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button