2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Gündəm

Qubad İbadoğlu: Qiymət artımı sürətlənəcək

“Kənd təsərrüfatı məhsulları ilə bağlı rəsmi statistika şübhə doğurur”

Saytların yığılması Saytlarin yigilmasi

“2017-ci ilin ilk 2 ayında manatın məzənnəsində “sabitlik”dir. Ancaq qiymət artımı dayanmayıb”, – iqtisadçı Qubad İbadoğlunun sözləridir. O, bu barədə “Facebook”-da yazıb.

İqtisadçı bahalaşmada mövsümi amillərin təsiri və Tarif Şurasının məlum qərarlarının (elektirk və qazın bahalanması) mühüm rol oynadığını deyib:

“Eyni zamanda, bahalaşmanı yaradan ənənəvi faktorlar istehlak bazarında və idxalda inhisarçılıq meyllərinin güclənməsi də inflyasiyanın artımında rol oynayır. Bu dövrdə istehlak bazarında hökmran mövqeyə malik olan “Azərsun” şirkəti müxtəlif porsiyalarla ərzaq mallarının pərakəndə satış qiymətlərini artırıb”.

İqtisadçı qeyd edir ki, 2017-ci ilin yanvarı ötən ilin eyni dövrü ilə müqayisədə mühüm məhsul növlərindən xam şəkər və şəkər idxalı 35,3, meyvə 60, mal əti – 58,6, təzə tərəvəz – 25,6 faiz, buğda – 3,4, kərə yağı, digər süd yağları və pastaları – 3,3, çay – 2,8, quş əti və onun əlavə məhsulları – 2,7 dəfə artıb:

“Bu da deməyə əsas verir ki, devalvasiyanın qiymət artımına təsirləri davam edir”.

Q.İbadoğlu qeyd edib ki, milli iqtisadiyyatın qeyri-neft sektoru yenə də adıçəkilən məhsul növləri daxili istehlak tələbatını yerli məhsullarla ödəmək qabliyyətində deyil. Odur ki, həmin məhsullar üzrə özünü təminetmə barədə səsləndirilən fikirlər, o cümlədən də ötən il kənd təsərrüfatı məhsullarının istehsalının artımı barədə rəsmi statistik informasiyalar şübhə doğurur:

“Fikrimizcə, martda və apreldə qiymətlərin səviyyəsində artım daha da sürətlənəcək. Qiymətlər üzərində statistik müşahidələr və tendensiyalar göstərir ki, cari və gələn aylarda ən çox bahalaşma ərzaq və xidmət səbətində olacaq”, – deyə o bildirib.

24saat.org

Mənbə – www.meydan.tv

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button