2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Gündəm

Qubad İbadoğlunun əleyhinə ifadə verdiyi bildirilən Fazil Qasımov aclığa başlayıb

İqtisad elmləri doktoru Qubad İbadoğlunun əleyhinə ifadə verdiyi bildirilən Fazil Qasımov iyunun 14-dən 1 saylı Bakı İstintaq Təcridxanasında aclıq aksiyasına başlayıb. O ittihamı qəbul etmir və istintaqın qeyri obyektiv aparılmasına etiraz edir.

Bu barədə iyunun 15-də Fazil Qasımovla görüşündən sonra onun qardaşı Nazim Qasımov Amerikanın Səsinə bildirib.

“Fazil dedi ki, aclığı intihar həddinə qədər davam etdirəcək. Onun səhhəti də ağırdır. Fazil pandemiyadan əvvəl mədəsindən iki dəfə cərrahi əməliyyat olunub. Həbsxana şəraitində normal qidalana bilmir. Onu səhhəti əvvəldən ağır idi, aclığa başlayandan sonra isə daha da ağırlaşıb”, o qeyd edib.

Saytların yığılması Saytlarin yigilmasi

Nazimin Qasımovun sözlərinə görə, qardaşı istintaqın müstəntiqin mülahizələri əsasında aparıldığını bilidrib.

“O dedi ki, ittihamda göstərilənlər müstəntiqin mülahizələridir. Onun ittihamda göstərilənlərdə hər hansı iştirakı olmayıb və müstəniqin mülahizələrində göstərdiyi tarixlər də uzlaşmır”, Nazim Qasımov qeyd edibb.

Öz növbəsində Penitensiar Xidmət Fazil Qasımovun aclıq etməsi ilə bağlı məlumatlara hələ münasibət bildirməyib.

Hüquq müdafiəçisi Rüfət Səfərov bildirib ki, Fazil Qasımov həbs olunduğu zaman və sonradan ağır işgəncələrə, ləyaqəti alçaldan davranışlara məruz qaldığını deyib, Qubad İbadoğlunun əleyhinə verdiyi saxta ifadələrdən imtina etdiyini söyləyib.

“O, aciz durumdadır, üstəlik, saxta protokol və qərarlara sərbəst iradəsi daxilində qol çəkməyib. Eyni zamanda, Fazil Qasımov hüquqlarını müdafiə etmək məqsədilə vəkil axtarır, hazırda çətin və müdafiəsiz vəziyyətdə olduğunu önə çəkir”, hüquq müdafiəçisi facebook səhifəsində yazıb.

2023-cü il avqustun 8-də Türkiyədə yaşayan iqtisadçı alim Fazil Qasımovun İstanbulda tutularaq Azərbaycan gətirilməsi barədə məlumatlar yayılıb. Sosial şəbəkələrdə Fazil Qasımovun həbsdə olan Qubad İbadoğluya qarşı qaldıılmış cinayət işinin istintaqı çərçivəsində saxlanıldığı bildirilib.

Azərbaycan Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Qasımovun həbsini Amerikanın Səsinə təsdiq etsələr də onun nədə ittiham olunduğunu deməyiblər.

“Cinayət işi ilə əlaqədar axtarışda olan Fazil Qasımov ölkəyə gətirilib və Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən həbs olunaraq isintaqa təhvil verilib,” Daxili İşlər Nazirliyinin mətbuat xidməti bidlirib.

Fazil Qasımov Qafqaz Universitetini bitirib (2017-ci il yanvarın 16-da fəaliyyətini dayandırıb), sonra Türkiyədə oxuyub, daha sonra İstanbul Universitetinin doktoranturasını bitirib.

Azərbaycan Cinayət Məcəlləsinin 204.3.1-ci (satış məqsədi ilə hazırlama, o cümlədən saxta pul və ya xarici valyuta əldə etmə və ya satma – eyni əməllər mütəşəkkil dəstə tərəfindən törədildikdə), 167-3.1-ci (Dini ekstremist materialları, yəni dini ekstremist fəaliyyəti həyata keçirməyə çağıran və ya belə fəaliyyəti əsaslandıran, yaxud belə fəaliyyətin zəruriliyinə bəraət qazandıran materialları hazırlama, saxlama və ya yayma) maddələri ilə ittiham olunan Qubad İbadoğlu ötən ilin iyulunda həbs edilib və bu il aprelin 22-nə qədər həbsdə qalıb.

Çoxsaylı yerli və beynəlxalq çağırışlardan sonra aprelin 22-də İbadoğlunun həbsi ev dustaqlığı tədbiri ilə əvəz edilib.

Turan İA

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button