2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Gündəm

Qubad İbadoğlunun tam və şərtsiz azadlığa buraxılması ilə bağlı çağırışlar davam edir

Daha bir  ABŞ senatoru Qubad İbadoğlunun 53-cü doğum günü ilə əlaqədar düşən  sosial şəbəkə platforması X-də (əvvəlki adı Twitter) Azərbaycan hakimiyyətinə səslənib.

Senator Kris Van Hollen yazır: “Qubad İbadoğlu Azərbaycanda korrupsiyanı ifşa etdiyinə görə 274 gün həbsdə yatmış hörmətli iqtisadçı və fəaldır. Dünən o, ad gününü ev dustaqlığında keçirib.
Bu, müxalifəti hər addımda əzən Əliyev rejiminin saxta işidir. O, azad edilməlidir!”

Məlumat üçün qeyd onu da  edək ki, senator Ben Kardin və senator Kris Van Hollendən  əlavə  ABŞ Konqresinin  səkkiz senatoru və nümayəndələr palatasının 34 üzvü  doktor Qubad İbadoğlunun “Azərbaycan hökuməti tərəfindən rəftarını pisləyən və onun dərhal azadlığa buraxılmasını tələb edən 616 və 1212 saylı qətnamələr layihəsi”ni imzalayıblar.

Saytların yığılması Saytlarin yigilmasi

Turan İA

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button