2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Gündəm

Qubad İbadoğlunun xanımının səhhətinin pisləşməsi polis zorakılığının nəticəsidir

Son günlər müxalifətçi siyasətçi və iqtisadçı- alim Qubad İbadoğlunun xanımı İradə Bayramovanın səhhəti pisləşib. Ailə üzvləri hesab edirlər ki, bu 23 iyul 2023-cü ildə Bakıda polislər tərəfindən saxlanılma zamanı ona qarşı fiziki təzyiqin nəticəsidir. Bu barədə İbadoğlunun qardaşı Qalib Bayramov Facebook-da yazıb.

Onun sözlərinə görə, qadının  aldığı xəsarətlər həkimlərin rəylərilə təsdiqlənib. Əsasən, polislər cütlüyü avtomobildən zorla çıxararaq başqa maşına mindiriblər.

Bayramovun sözlərinə görə, qadına qarşı fiziki güc tətbiq edən iki polisin adları müəyyən edilib – Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin xüsusilə mühüm işlər üzrə baş əməliyyat müvəkkili Elçin Əlisa oğlu Rüstəmov və həmin idarənin əməliyyat müvəkkili İlham İnqilab oğlu İsmayılov.

Saytların yığılması Saytlarin yigilmasi

Onlar İradə Bayramovanın əllərinə, ayaqlarına, bədəninə və başına zərbələr endiriblər. Nəticədə onun bədənində göyərmələr, qançırlar və baş nahiyəsində  şişlər  əmələ gəlib.

Baş Prokurorluğa şikayətdən və KİV-də yayıldıqdan sonra araşdırma başlayıb. Nərimanov Rayon Prokurorluğunun müstəntiqi öz qərarında bədən xəsarətlərini (başdakı şişlər istisna olmaqla) qismən tanıyıb.  Qərarda qeyd edilib ki, aşkar edilən xəsarətlər – sağ bazu oynağının ön səthinin, sağ bazunun yuxarı üçdə birinin bayır səthinin, sol diz oynağının iş səthinin, sol baldırın yuxarı üçdə birinin bayır səthinin qançırları küt əşyanın təsirindən törənib.

Bununla belə, məhkəmə- tibbi ekspertizasının “sağlamlığa zərər vurmayan xəsarətlər müxtəlif şəraitdə, o cümlədən yıxılma zamanı da baş verə bilər” rəyinə  istinad edərək cinayət işinin başlanmasını rədd edib.

İsveçdə olan İradə Bayramovanın iki gün əvvəl vəziyyəti kəskin pisləşib, o, huşunu itirib və Skåne University Hospital-a yerləşdirilib.

İlkin müayinələrdən sonra ona vestibulyar sinir iltihabı (inflammation of vestibular nevre)  diaqnozu qoyulub və bidirilib ki, xəstəliyin ehtimal olunan səbəbi başından ağır zərbə almasıdır.

Həkimlərin rəyinə görə, İradə Bayramovanın müvazinətini saxlaması ən yaxşı halda 70 faiz bərpa olunacaq və bunun üçün o, uzunmüddətli müalicə almalıdır.

Qubad İbadoğlunun ölkənin çıxışına qadağa qoyulduğuna görə ailəsinin yanında ola bilmir.

Daxili İşlər  Hazirliyi hələlik Qalib Bayramovun yazısına reaksiya verməyib.

*İbadoğlu 2023-cü ilin iyulunda Cinayət Məcəlləsinin 204.3.1 (saxta pulların satışı) və 167-3.1 (ekstremizmyönlü materialların saxlanması və yayılması) maddələrilə həbs edilib.

Bəzi dövlətlər, beynəlxalq təşkilatlar, siyasətçilər, o cümlədən ABŞ Dövlət Departamenti, ABŞ senatorları və konqresmenləri İbadoğlunu azad etməyə çağırıblar. O, siyasi məhbus kimi tanınıb.

2024-cü il aprelin 22-də  məhkəmə İbadoğlunun ev dustaqlığına buraxılması ilə bağlı müdafiə tərəfinin vəsatətini təmin edib.

Mayın 21-də istintaq müddəti avqustun 20-dək uzadılıb. Həbs qətimkan tədbiri polisin nəzarətinə verilmə  ilə  yüngülləşdirilib. Buna baxmayaraq, Qubad İbadoğlunun ölkədən çıxışı qadağan edilib.

Turan İA

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button