2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Xəbərlər

Qubada sel körpünü apardı

Quba rayonunun Tülər kəndi ərazisindən keçən Ağ çay üzərində yerləşən körpünü sel aparıb.

Bu barədə Tülər kənd icra nümayəndəsi Oktay İsayev məlumat verib.

Saytların yığılması Saytlarin yigilmasi

İcra nümayəndəsi bildirib ki, hər il may ayında çaya sel gəlir və bu sel fəsadsız ötüşmür: “Tülər kəndində 210 fərdi yaşayış evi var və 1 500-dən çox əhali yaşayır. Ötən gecədən başlayaraq, Ağ çayında suyun səviyyəsi artıb və çay daşıb. Nəticədə çayın üzərində yerləşən körpünü sel aparıb. Hazırda kəndlə rayon arasında əlaqə kəsilib. Kəndin 60-dan çox sakini çayın o tayında qalıb, nəqliyyatın hərəkəti məhdudlaşıb”.

O.İsayev qeyd edib ki, vəziyyətlə bağlı Qubar Rayon İcra Hakimiyyətinə (RİH) məlumat verilib: “Rayon rəhbərliyinin baş verən hadisə ilə bağlı məlumatı var. Körpünün bərpa olunması üçün rayondan kəndə ağır texnika və canlı qüvvə göndərilib”.(“Report”)

 

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Back to top button