2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Siyasət

Qüdrət Həsənquliyev hakimiyyətin seçki siyasətinə qarşı

Növbədənkənar parlament seçkilərinin keçiriləcəyi barədə iddialara münasibə bildirən deputat millət vəkilinin seçki deyil, təyinatla müəyyənləşdiyini təsdiqləyib.

Deputat Qüdrət Həsənquliyev növbədənkənar parlament seçkilərinin keçirilə biləcəyi barədə səslənən iddialara da münasibət bildirib: “Bəziləri deyir növbədənkənar parlament seçkiləri payızda ola bilər. Bu gün Azərbaycan parlamentində 6 boş yer var. Bu dəqiqə parlamentdə olması xüsusi əhəmiyyət kəsb edən insanlar varsa, konstitusiyaya uyğun olaraq həmin yerlərə seçkilər keçirib, onları boş qalan dairələrə seçmək olar” – Həsənquliyev “Yeni Müsavat”a açıqlamasında deyib.

24saat.org qeyd edir ki, deputat kimləri nəzərdə tutduğunu açıqlamasa da, “onları boş qalan dairələrə seçmək olar” deməklə seçkilərin nəticələrinin əvvəlcədən müəyyənləşdiyini təsdiqləyib.
Əgər seçkilər, deputatın dediyi kimi, Konstitusiyaya uyğun keçirilirsə, bu halda seçkilərin nəticələrini də xalqın səsverməsi müəyyənləşdirməlidir. Deputat isə arxayınlıqla deyir ki, “Bu dəqiqə parlamentdə olması xüsusi əhəmiyyət kəsb edən insanlar varsa, konstitusiyaya uyğun olaraq həmin yerlərə seçkilər keçirib, onları boş qalan dairələrə seçmək olar”.

Bununla da o, parlamentdə seçkilərin təyinatla olduğunu təsdiqləmiş olub.

Saytların yığılması Saytlarin yigilmasi

BAXCP Növbədənkənar seçkilər keçirilməsi istiqamətində addım atılacağı təqdirdə dəstək verəcəyini də vurğulayıb: “Hökumət növbədənkənar parlament seçkilərinə getmək istiqamətində addım atmaq istəsə, biz partiya olaraq buna dəstək verəcəyik”.

 

24saat.org

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button