2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Cəmiyyət

Qüdrət Qurbanov xanım jurnalisti belə hədələtdirdi: “Məcbur eləmə ki, səni başqa yollarla…” – SƏS YAZILARI

Reportyor.org saytının baş redaktoru Arifə Əliyeva Azərbaycan Dövlət Dəniz Adminstrasiyasının rəhbəri Qüdrət Qurbanovun adamları tərəfindən hədələnib. Bu haqda Savash.org-a danışan xanım jurnalist bunun səbəbi kimi Qüdrət Qurbanovun oğlu haqda yazının rəhbəri olduğu saytda yayımlanmasını göstərib:

“Dəniz Adminstrasiyasının rəhbəri Qüdrət Qurbanovun oğlu haqda yazı yayımladığım üçün hədələnirəm. Özünü Qüdrət Qurbanovun vəkili kimi təqdim edən şəxs həmin yazıya görə mənə zəng etdi və söhbət əsnasında məni təhdid etməkdən belə çəkinmədi”.

Savash.org bildirir ki, xanım jurnalistlə danışan şəxs “Qafqaz Hüquq Mərkəzi”nin baş direktoru İlqar Abbasov olub. Təqdim etdiyimiz səs yazısından da göründüyü kimi hüquqşünas xanım baş redaktorla təhdid dilində danışır və hətta “məni məcbur eləməyin ki, sizi başqa yollarla axtarıb tapım” kimi cümlələr qurmaqdan da çəkinmir. Telefon söhbəti bütün təfərrüatları ilə səs yazılarında olduğundan bu haqda çox bəhs etmək niyyətində deyilik.

Saytların yığılması Saytlarin yigilmasi

Sadəcə, Savash.org olaraq bəyan edirik ki, xanım həmkarımızı “başqa yollarla axtarışa çıxan” vəkilin müştərisini (Qüdrət Qurbanovu-red) biz də eyni qaydada “axtarışa verəcəyik”. Və bu axtarış və araşdırmaların nəticəsi olan yazılarla yaxın günlərdə tanış olmaq imkanı qazanacaqsınız.

Xanım jurnalisti eyni yazıya görə narahat edən digər bir şəxs isə Legion.az-ın əməkdaşı Rüfət Əhmədzadə olub. Həmkarımız zənginin məqsədinin məsələni araşdırmaq olduğunu desə də onun verdiyi suallardan tamam başqa nəticələrə gəlmək mümkün olsa da biz tələsmirik. Hər halda Arifə xanıma “siz sayta görə vergi ödəyirsinizmi?” sualının Qüdrət Qurbanov haqda dərc olunmuş yazıyla hansı əlaqəsinin olduğunu araşdırmaq üçün zamana ehtiyac olduğunu düşünürük.

Orxan
Savash.org

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button