2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Xəbərlər

Qurban Məmmədov: “Tufandan qabaq sakitlikdirr”

24saat.org tanınmış hüquqşünas, keçmiş siyasi məhbus Qurban Məmmədovla müsahibəni təqdim edir. Hüquqşünas əsasən ölkədə son qiymət artımı, manatın devalvasiyası, siyasi durum, vəkillərin vəziyyəti haqqında suallara cavab verib.

– Qurban müəllim, Tarif Şurasının son qərarını bir hüquqşünas olaraq necə qiymətləndirirsiniz?

– Çox pis qiymətləndirirəm. Başqa cür qiymətim ola da bilməz. Hesab edirəm ki, bu düşünülmüş siyasət deyil, eyni zamanda əsaslandırılmış qərar deyil. Üstəlik bu qərar insanların etirazına səbəb olur. Məncə, daha münasib addımlar atıla bilərdi və bu zaman insanlarımızın da real durumu nəzərə alınmalı idi.

– Sizcə, bu qərarın hansı real nəticəsi ola bilər?

Saytların yığılması Saytlarin yigilmasi

– Hesab edirəm ki, Tarif Şurasının bu qərarı ölkədə sosial gərginliyin artması ilə nəticələnə bilər. Artıq çoxları bu cür düşünür.

– Sosial gərginliyin artması cəmiyyətdə gedən prosesdir, bəs nəticə?

-Sosial gərginliyin artması o deməkdir ki, insanlar buna kütləvi şəkildə etiraz edə bilər. Əlbəttə, əgər bundan narazı olacaqsa, bu kütləvi etirazlara səbəb olacaq. Qənaətimcə, gərginlik artarsa bəzi düşmən qüvvələr bu amildən istifadə edə bilər və ölkədə xaos yaranar.

– Ancaq biz müşahidə etdik ki, keçirilən mitinqlərə insanlarımız meyl etmir…

– Nəzərə alın ki, son aksiyalar Milli Şuranın çağırışı ilə referenduma dəyişikliklər və əsasən siyasi tələblərlə bağlı idi. Ancaq sabah insanların süfrəsində son tikəsi yoxa çıxanda, uşaqları soyuqdan donanda, evlərdə uşaqlar dərs oxumaq üçün elektrik enerjisi yandıra bilməyəndə artıq müxalifətə baxan olmayacaq. Xalq öz sosial-iqtisadi hüquqları uğrunda yeni tələblərə ortaya çıxacaq. Məncə, siz bu məsələləri bir-birilə qarışdırırsınız.

– Hazırda ölkəmizdə siyasi, iqtisadi və sosial durum haqqında fikirləriniz nədən ibarətdir?

– Ölkəmiz katastrof vəziyyətindədir. Tufandan qabaq sakitlik deyilən anlayış var. İndi Azərbaycanda həmin vəziyyətdir. Hər an partlayış ola, xaos yarana bilər. Çünki aparılan siyasət, habelə korrupsiya və rüşvət Azərbaycan milli manatının yüksək şəkildə devalvasiyasına səbəb oldu. Mənim fikrimcə, bir azdan xəzinə sürətlə boşalmağa başlayacaq. Bu halda təqaüdçülərin, sosial müavinət alanların, müəllim, həkim və dövlət qulluqçularının əmək haqlarını verməkdə çətinlik yaranacaq və ya verə bilməyəcəklər. Bu da, son anda məlum nəticələrə aparıb çıxaracaq.

– Siz dediklərinizi siyasəti həyata keçirən şəxslər bilmirmi?

– Məndə belə qənaət var ki, kimlərsə istəyir Azərbaycan Suriyanın gününə düşsün. Əks halda bu qədər səlahiyyət sahibi oturduğu kəndiri bu qədər kəsmək işinə girişməməlidir.

– Siyasi müstəvidə vəziyyət nədən ibarətdir?

– Azərbaycanda demək olar ki, özünü müxalifət adlandıran qüvvələrin 99 faizi bu və ya digər üsullarla ələ alınıb, onlar hakimiyyət tərəfindən idarə olunur. Eləcədə hüquq müdafiəçisi adı altında fəaliyyət göstərənlərin 99 faizi ələ alınıb. Söhbət açıq-aşkar fəaliyyət göstərənlərdən gedir. Real müxalifətin isə real gücü yoxdur. Xalqda apotik vəziyyətdədir. Mən hesab edirəm ki, Azərbaycanın indiki durumu olduqca qorxuludur. Və Azərbaycan dövləti sanki talana verilib. Kimin imkanı varsa dağıtmaq istəyir. Azərbaycan xalqı öz taleyinə sahib çıxmayana qədər bu davam edəcək. Nəticədə Azərbaycanın bir dövlət kimi defoltuna səbəb ola bilər. Azərbaycanın indiki hakimiyyəti məcburdur ki, müşahidə olunan qlobal böhran prosesindən az itki ilə çıxsın. Bunun üçün xarici fondlardan, dövlətlərdən borc almaq məcburiyyəti var. Borc alındıqca yüklənəcək. Bunun altından çıxmaq da gələcək nəsillərin və bundan sonrakı hakimiyyətlərin üzərinə düşəcək. Xalq vaxtında özünə gün ağlamalıdır.

– Siz peşəkar hüquqşünassınız. Sizin sahədə vəkillərin, məhkəmələrin durumu necədir?

– Bizim sahədə bazardır, bazar. Sözün əsl mənasında bazardır.

– Bazar deyəndə nəyi nəzərdə tutursunuz, son bir ildə pisləşən ümumi vəziyyət sizin sahəyə də təsir edibmi?

-Əlbəttə, təsir edib. Bu hər yerə təsir edib. Rüşvət daha da gnişlənib, artıb. Məhkəmə orqanları istədikləri qərarları qəbul edirlər. Çünki buna görə, cəzasız qalacaqlarına tam əmindirlər.

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button