2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Xəbərlər

Qurban Qurbanovdan “Qarabağ” – “Marsel” oyunda böyük feyr-pley dərsi

Konfrans Liqasının pley-off mərhələsinin hazırda keçirilən “Qarabağ” – “Marsel” oyununda futbolda nadir hallarda yaşanan hal baş verib.

Qol.az xəbər verir ki, 34-cü dəqiqədə cinah ötürməsindən sonra “Qarabağ”ın hücumçusu İbrahima Vadji qol vurub. Baş hakim qolu qeydə alsa da, qonaqlar buna narazılığını sərt şəkildə bildirib.

Daha sonra “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Jadjini yanına çağırıb və ondan qolu qaydalar çərçivəsində vurub-vurmadığını soruşub. Vadji isə topu əli ilə qapıdan keçirdiyini etiraf edib. Qurban Qurbanov isə bunu görüşün baş hakiminə bildirməsini istəyib. Seneqallaı hücumçu baş məşqçisinin dediyi kimi edib. Polşalı referi Bartoş Frankovski bundan sonra qolu ləğv edib.

Saytların yığılması Saytlarin yigilmasi

Beləliklə, “Qarabağ” avrokuboklarda nə qədər hakim səhvləri ilə üzləşsə də, Qurban Qurbanov ədalətin tərəfində oldu və böyüklüyünü göstərmiş oldu.

Qeyd edək ki, hazırda “Marsel” 1:0 hesabı ilə öndədir.

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button