2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Dünya

Quron gölü üzərində daha bir uçan obyekt vurulub

Fevralın 12-də axşam ABŞ hərbçiləri son günlər üçüncü uçan obyekti vurublar. Quron gölü üzərindəki obyekt F-16 qırıcısı ilə vurulub. Onun Kanada ərazisi üzərində, Kanada-Amerika sərhədi yaxınlığında vurulduğu bildirilir.

Saytların yığılması Saytlarin yigilmasi

BBC bir konqresmen köməkçisinə istinadla qeyd edir ki, səkkizguşəli obyekt 6 kilometr yüksəklikdə olub.

Amerikalı hərbçilər obyektin kəşfiyyat məqsədləri ilə istifadə oluna biləcəyini düşünürlər. Pentaqon isə bunun necə bir obyekt olduğunu, hansı məqsədlə buraxıldığını açıqlamaqda çətinlik çəkdiyini bildirib.

Şənbə günü Kanada üzərində daha bir naməlum obyekt vurulmuşdu.

Fevralın əvvəlində Çinin buraxdığı güman edilən aerostat ABŞ ərazisinin əhəmiyyətli hissəsi üzərindən uçub. Vaşinqton qurğunun strateji obyektləri izləmək üçün buraxıldığını desə də, Çin onun adi meteoroloji zond olduğunu açıqlayıb.

Hava şarı fevralın 4-də Cənubi Karolina sahillərində, bir neçə gün sonrasa Alyaska üzərində daha bir obyekt vurulub.

Son günlər Alyaska və Kanada üzərində vurulan obyektlər Çinin müşahidə aerostatına bənzəməyib, həcmcə qat-qat kiçik olub. Bunu Ağ evin Milli təhlükəsizlik şurasının təmsilçisi deyib.

ABŞ-nin NORAD hava komandanlığı bildirib ki, ABŞ və Kanada üzərində vurulan üç obyektin mənşə ölkəsi, forma və quruluşu müəyyənləşdirilməyib, çünki qalıqları hələlik, tapılmayıb.

24 saat” “
Quron gölü üzərində daha bir uçan obyekt vurulub
” başlıqlı yazını “AzadliqRadiosu”na istinadən dərc edib

Xeberler

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button