2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Siyasət

“Qurtardı, bizdən bu qədər” – Əsəd və Putinə son xəbərdarlıq…

“Böyük yeddilik” ölkələri xarici işlər nazirlərinin bu gün İtaliyanın Lukka şəhərində keçirilən görüşü ciddi bəyanatla yekunlaşıb.

Nazirlər Rusiyaya qarşı yeni sanksiyalar qəbul etməkdə yekdil rəyə gəlməsələr də, Kremlə qarşı sərt tonla müraciət ünvanlayıblar. Suriya mövzusu görüşdə əsas müzakirə predmeti olub. “Yeddilik” ABŞ-ın Suriya aviabazasına raket zərbələrinin düzgün addım olduğunu və tam dəstəklədiklərini ifadə ediblər. ABŞ dövlət katibi Tillerson görüş bitən kimi Moskvaya yola düşüb və Sergey Lavrova ayrıca olaraq ABŞ-ın, həm də G-7-nin qərarlarını çatdıracaq. Bəşər Əsədin əsas hərbi müttəfiqi olan Rusiya qərar verməlidir: cinayətkar Əsədlər ailəsi rejimini dəstəkləməkdə davam etsin, ya yox. Əks halda: “bitdi, bizdən bu qədər” – deyə, Kanadanın xarici işlər naziri Xristi Fridal mətbuata obrazlı açıqlama verib. “Böyük yeddilik” birmənalı şəkildə bildirib ki, Suriyanın yaxın gələcəyində Əsədə yer yoxdur. “Bu çox mühüm siqnaldır və lazımdır ki, Moskvada bunu eşitsinlər”.

Rusiyaya əlavə sanksiyalar tətbiq etməyən G-7 üzvləri Rusiyanın Əsəd rejimi ilə müttəfiqliyi kəsmədiyi halda sanksiyaları sərtləşdirəcəklərini və Əsədin hakimiyyətdən getməsi üçün hərbi, siyasi təzyiqlərini davam etdirəcəklərini qətiyyətlə bildiriblər.

Saytların yığılması Saytlarin yigilmasi

G-7-nin görüşü bitdiyi ərəfədə Moskvada İtaliyanın prezidenti Serco Mattarelliylə mətbuat konfransı keçirən V.Putin ABŞ-ın Suriyada, hətta paytaxt Dəməşqdə kimyəvi hücum ssenarisi təxribatını hazırladığı barədə məlumatlar əldə etdiklərini bildirib. Göründüyü kimi Moskva tezliklə Suriyadan əl çəkəsi deyil və Vaşinqtonla münasibət gərgin olaraq davam edəcək. Qarşıda Tillersonun Moskva görüşləri var. ABŞ dövlət katibinin hansı mesajlarla gəldiyi və Moskvanın reaksiyası yaxın saatlara bəlli olacaq.

Suriyadakı vəziyyət vaxtilə SSRİ-nin Əfqanıstandakı son ilini xatırladır. Nəcibulla sovet kəşfiyyatının əlində alət idi. Kənar addım atanda hədələnirdi.Vaxtilə Babrak Karmalı da sovet səfiri və kəşfiyyatı Moskvaya qaçırmışdı. SSRİ dağıldı, Nəcibulla da qətl edildi. Bəşər Əsəd də indi Rusiya xarici kəşfiyyat idarəsinin girovudur.Yalnız Əsəd deyil, Putin də Əsədin girovuna çevrilib. Son yaxınlaşır.

Moderator.az

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button