2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Cəmiyyət

Qusar faciəsi 8 nəfəri apardı – Yasa çatmağa tələsən bacı ailəsi ilə birgə qəzada öldü

Qusarda dəm qazından zəhərlənərək ölən ailənin qohumları daha bir faciə yaşayıb.

Bacısı Əminənin ailəlikcə dəm qazından ölməsini eşidən Bakı sakini, 23 yaşlı Fidan Məhsim qızı Ələkbərova ailəsilə birgə Qusara gələrkən qəzaya düşüblər.

Saytların yığılması Saytlarin yigilmasi

Nəticədə Fidan Ələkbərova, onun 34 yaşlı həyat yoldaşı Seymur Fikrət oğlu Əliyev və 1 yaşlı övladları Həmzə Əliyev hadisə yerində ölüblər.

Ailə başçısının idarə etdiyi “Mercedes” markalı avtomobil Bakı-Quba yolunun Sumqayıt şəhərinin H.Zeynalabdin Tağıyev qəsəbəsindən keçən hissəsində körpüdən aşıb.

Qeyd edək ki, bu gün Qusar şəhərində zəhərlənmə hadisəsi baş verib.

İkimərtəbəli yaşayış evində baş vermiş hadisə zamanı Qusar şəhər sakinləri – 35 yaşlı Rusif Şıxəli oğlu Şıxov və 29 yaşlı həyat yoldaşı Əminə Məhsim qızı Şıxova, övladları – 9 yaşlı Osman, 10 yaşlı Sumeya və 5 yaşlı İmarə Şıxova dəm qazından boğularaq ölüblər. (Bizim.Media)

24 saat” “Qusar faciəsi 8 nəfəri apardı – Yasa çatmağa tələsən bacı ailəsi ilə birgə qəzada öldü” başlıqlı yazını “Pressklub”a istinadən dərc edib

Xeberler

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button