2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
ManşetSEÇMƏSosial

Qusarda icra başçısının özbaşnalığı sakinləri təngə gətirib – VİDEO

Başçının tapşırığı ilə bazara hücum çəkən polislər sakinlərin piştəxtalarını dağıdıb.

Şimal bölgəsinin sərhədyanı ərazilərində narazılığlar artmağdadır.

Qusarda şəhər bazarının yeni əraziyə köçürülməsi üçün icra hakimiyyəti və hüquq mühafizə orqanlarının apardığı səylər vətəndaşlar arasında böyük narazılığlara səbəb olub. Bir neçə ay bundan öncə bazarda fəaliyyət göstərən satıcılara, yeni tikilən bazar köçmələri ilə bağlı tapşırığ verilib. Yeni bazarda icarə haqlarının çox olması və ərazinin alış-veriş üçün uyğun olmadığını səbəb göstərən satıcılar bundan imtina edirlər.

Saytların yığılması Saytlarin yigilmasi

Satıcıların 24saat.org saytına verdiyi məlumatdan aydın olur ki, icra hakimiyyəti sakinlərin bu qərarını polis gücü ilə dəyişməyə cəhd edib. Gecə saatlarında polis bazara girərək satıcıların piştəxtalarını dağıdıb.

Dəfələrlə aidiyyatı qurumlara müraciət edən satıcılara heç bir cavab verilmiyib.

Sakinlər bildirir ki, yeni inşa edilən bazar İcra başçısı Şair Alxasova məxsuzdur. Məhz buna görə icra hakimiyyəti köhnə bazarın yeni bazar ərazisinə köçürülməsinə marağlıdır.

Hər gün hüquq mühafizə oranlarının təhdid və təzyiqlərinə məruz qalan satıcılar prezidentdən yardım istəyir.
24saat.org saytı narazı kəsimin dediklərini təqdim edir:
https://youtu.be/yDbGiucPQHY

24saat.org

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button