2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
SEÇMƏ

Quterreş dünyanı nüvə silahının məhvinə çağırıb

Yayımlandı: 2 Avqust 2022 14:18

“Nüvə təhlükəsi “soyuq müharibə”dən sonra ən yüksək həddədir”

“Nüvə silahlarından imtina və onların məhv edilməsi heç vaxt istifadə olunmayacağının yeganə təminatıdır”.

Saytların yığılması Saytlarin yigilmasi

Bunu BMT-nin Baş katibi Antonio Quterreş Nüvə Silahlarının Yayılmaması Müqaviləsinin iştirakçısı olan ölkələrin konfransında deyib.

Baş katibin sözlərinə görə, hazırda nüvə təhlükəsi “soyuq müharibə”dən sonra ən yüksək həddədir.

“Bizim Nüvə Silahlarının Yayılmaması Müqaviləsinə indi həmişəkindən daha çox ehtiyacımız var. Ona görə də bu konfransı çox vacibdir. Bu, fəlakətin qarşısını almağa və bəşəriyyəti nüvə silahlarından azad dünyaya aparan yeni yola salmağa kömək edəcək tədbirlər hazırlamaq üçün fürsətdir. Yəni konfrans müqaviləni gücləndirmək, onu ətrafımızdakı problemli dünyaya uyğunlaşdırmaq üçün bir şansdır”, – deyə Antonio Quterreş bildirib.

Nüvə təhlükəsinin kəskin artması Ukraynadakı müharibə ilə bağlı idi.

Kreml vurğulayıb ki, təhlükə ilk növbədə “soyuq müharibə” dövründə yaradılmış qarşılıqlı nəzarət və kommunikasiya sistemini praktiki olaraq məhv edən Qərbdən gəlir.

Rusiya Prezidenti Vladimir Putin konfrans iştirakçılarına göndərdiyi mesajda qeyd edib ki, nüvə müharibəsində qalib ola bilməz.

Xatırlatma

Rusiya Prezidenti Vladimir Putin Ukraynanın şərqindəki separatçı qurumları tanıdığını bəyan etdikdən 2 gün sonra, fevralın 24-də Ukraynaya qarşı müharibəyə başlayıb.

Dünyanın əksər ölkəsi Rusiyanın hücumunu pisləyib. Bundan sonra Avropa Birliyi ölkələri, eləcə də ABŞ Rusiyaya qarşı sanksiyalar tətbiq edib. 600-dən çox rusiyalı oliqarx, yüksək rütbəli hərbçilər, şirkət sahibləri, biznesmenlərlə yanaşı, Rusiya Prezidenti Vladimir Putin və xarici işlər naziri Sergey Lavrov sanksiyalara məruz qalıblar. Rusiyada təşkil olunacaq yarışlar təxirə salınıb, bu ölkənin adı mühüm tədbirlərdən və təşkilatlardan çıxarılıb.

Aprelin 7-də isə BMT Baş Assambleyası Rusiyanın təşkilatın İnsan Hüquqları Şurasından çıxarılması ilə bağlı qətnamə qəbul edib.

Rusiya isə Avropa Şurası üzvlüyündən çıxıb.

Rusiya ordusunun Buça və digər Ukrayna şəhərlərində kütləvi qətliamlar və müharibə cinayətləri törətdiyi iddia olunur.

İyunun 25-də Avropa İttifaqının 12 ölkəsi Rusiya qazının tədarükündən tamamilə və ya qismən imtina edib.

Meydan TV

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button