Bizim tərcümə

Quterreş sülh danışıqlarına bədbindir!

2022-12-20 14:18:01

Birləşmiş Millətlər Təşkilatının (BMT) baş katibi Antonio Quterreş ABŞ-ın Nyu-York şəhərində hər il keçirilən il sonu mətbuat konfransında mühüm açıqlamalar verib.

Fevralın 24-də Rusiyanın Ukraynaya başlatdığı hücumlardan danışan Quterreş, “Yaxın gələcəkdə effektiv sülh danışıqlarının baş tutacağına ümidli deyiləm. Düşünürəm ki, hərbi qarşıdurma davam edəcək. Fikrimcə, gözləmək lazımdır. Ciddi sülh danışıqlarının baş tutması üçün bir müddət.” 2023-cü ildə sülhün bərqərar olacağına böyük ümid bəslədiyini ifadə edən BMT-nin Baş katibi Quterreş, “Bütün bu səbəblər 2023-cü ilin sonuna qədər sülh yolu ilə həllə nail olmaq üçün mümkün olan hər şeyin edilə biləcəyini göstərir” dedi.

Quterreş İranda Məhsa Əmininin ölümündən sonra başlayan etirazlardan da danışıb. İran hökumətinin bu yanaşmasını “qətiliklə qəbuledilməz” adlandıran Quterreş, “Şahid olduğumuz insan haqları pozuntularından dərin narahatıq” dedi.

Tərcümə“24 SAAT”

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button