Dünya

Quterresdən neonasistlərə qarşı qlobal alyans çağırışı


 

BMT-nin Baş katibi Antonio Quterres neonasizm və ağdərililərin irqçiliyinə qarşı alyans yaratmaqdan ötrü koordinasiyalı qlobal fəaliyyətə çağırıb.

Quterres “propaqanda və dezinformasiya”, həmçinin qismən COVID-19 pandemiyasının səbəb olduğu ksenofobiya, antisemitizm, nifrət çıxışlarına qarşı beynəlxalq tədbir görməyə səsləyib.

O deyib ki, pandemiyanın Holokostun inkarının bir daha püskürməsinə, tarixin təhrifinə yol açması kədərlidir, amma təəccüblü deyil.

“Yəhudiləri pandemiya ilə əlaqələndirən propaqanda, onları qlobal dominantlıq üçün virusu yaratmaqda ittiham etmək təhlükəli olmasaydı, gülünc sayılardı”, – Quterres vurğulayıb.

BMT rəhbəri Auşvits-Birkenau həbs düşərgəsinin azad olunmasının 76 illiyi münasibətilə qurumun keçirdiyi anım tədbirində danışıb. COVID-19 səbəbilə dolayı tədbir virtual keçirilib.

 

Quterres həmçinin xəbərdarlıq edib ki, ağdərili irqçilər sərhədləri aşaraq təşkilatlanır, yeni üzvlər cəlb edirlər, onillərlə kölgədə qalandan sonra “neonasistlər və onların ideyaları yayılır”.

Onun sözlərinə görə, ABŞ hakimiyyəti neonasistlərin ölkədə və xaricdə güclənməsilə bağlı xəbərdarlıq edib. Bəzi ölkələrdə onlar hətta polis və dövlət təhlükəsizlik xidmətlərinə nüfuz edə biliblər, ideyaları ənənəvi siyasi partiyaların debatlarında eşidilir.

24saat.org

Mənbə – azadliq.org

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button