2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Redaktorun seçimiSEÇMƏXəbərlər

Qərb Universiteti ad dəyişikliyini belə izah etdi

24saat.org saytında yayımlanan “Əli Həsənov Hüseynqulu Bağırovla ortaq olub?” başlıqlı yazıya Qərb Universiteti adından açıqlama gəlib. Həmin açıqlamanı olduğu kimi təqdim edirik:

***
“Western Caspian University”nin açıqlamasında bildirilir ki, ““24saat.org” saytında 06.11.2017 tarixində yerləşdirilmiş “Əli Həsənov Hüseynqulu Bağırovla ortaq olub?” başlıqlı yazıdakı məlumatlar həqiqəti əks etdirmir.

Yeni keyfiyyət mərhələsinə keçidi simvolizə etmək, eyni zamanda Azərbaycançılıq ideyalarının, ölkəmizin və onun dəyərlərinin beynəlxalq miqyasda təbliği və tanınması, o cümlədən, regionun tarixi və coğrafi adını vurğulamaq məqsədi ilə Qərb Universiteti adında dəyişiklik edib və bundan sonra universitet bu cür adlanacaq: Western Caspian University.”

Saytların yığılması Saytlarin yigilmasi

Qərb Universiteti strukturunun modern universitet strukturuna uyğunlaşması istiqamətində tədbirlər görür.

Hazırda universitetin infrastrukturunun, maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində ardıcıl tədbirlər həyata keçirilir, müxtəlif sahələrlə bağlı müasir, unikal laboratoriyalar qurulub və bu proses yenə də davam etdirilir. Eyni zamanda tədris metodikasının yenilənməsi, ən yüksək beynəlxalq standartlara uyğunlaşdırılması üçün ardıcıl iş aparılır. Qərb Universitetinin Qəyyumlar Şurasının mövqeyi bundan ibarətdir ki, universitet ölkənin aparıcı təhsil müəssisəsi olmaqla kifayətlənməyərək regionun aparıcı universitetinə çevrilməlidir.
Universitet cari tədris ili ərəfəsində kadr hazırlığı aparacağı ixtisasların sayını təxminən iki dəfəyə qədər artıraraq 36-ya çatdırdı. Tələbə sayının artacağını nəzərə alaraq illik təhsil haqlarını 50 faizədək aşağı saldı. Bu, keyfiyyətli təhsilin daha əlçatan olması baxımından olduqca mühüm qərar idi.

Daim innovativ yenilikləri, layihələri, gənclərə yüksək keyfiyyətli təhsil imkanı yaradan, beynəlxalq proqramları ilə seçilən Qərb Universiteti bu əlaqələrini bir qədər də genişləndirib, yeni-yeni əməkdaşlıq platformalarına çıxış əldə olunub, partnyorluq əlaqələri bir qədər də diversifikasiya edilib.

Beləliklə, fəaliyyət istiqamətlərini forma və məzmunca yeniləyən, genişləndirən universitetin rebrandinqi üçün də təbii bir zərurət formalaşmışdı. Yeni keyfiyyət mərhələsinə keçidi simvolizə etmək, eyni zamanda Azərbaycançılıq ideyalarının, ölkəmizin və onun dəyərlərinin beynəlxalq miqyasda təbliği və tanınması, o cümlədən, regionun tarixi və coğrafi adını vurğulamaq məqsədi ilə Qərb Universiteti yeni adla fəaliyyət göstərəcək: Western Caspian University.

Məqsəd isə birdir: Multikultural və milli dəyərlərə bağlı, ən müasir texnologiyalar, standartlar əsasında gələcək karyeralarında uğurlar qazanacaq, biznes, idarəçilik və digər istiqamətlər üzrə peşəkar mütəxəssis və liderlik keyfiyyətlərinə sahib kadrlar hazırlamaq.

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button