“Qəzza Əlaqə Qrupu” effekti: Dəstək turu öz bəhrəsini verir
class=”mediyanet-inline-adv”>
Diplomatik qaynaqlar, 8 xarici işlər naziri və nümayəndədən ibarət “Qəzza Təmas Qrupu”nun 4 həftəlik təmaslarının Fələstinə qarşı həssaslığı artırdığına diqqət çəkib.
MÜNASİBƏTLƏRİNİ DƏYİŞDİLER
Təmas Qrupunun bəzi ölkələrin “İsrailə şübhəsiz dəstək” mövzusundakı münasibətinin dəyişməsində təsirli olduğunu bildirən mənbələr, başda Skandinaviya və Benilüks ölkələrinin Qəzzada baş verənlərə baxışlarının dəyişdiyinə diqqət çəkib. Sözügedən ölkələr arasında Danimarka, Finlandiya və İsveç oktyabr ayında BMT Baş Assambleyasında keçirilən səsvermədə Fələstini dəstəkləməmişdi. Çərşənbə axşamı, dekabrın 12-də BMT-də keçirilən səsvermədə onlar atəşkəsin lehinə səs veriblər. Mənbələr, Təmas Qrupunun Danimarka, Hollandiya, İsveç, Norveç və Finlandiya xarici işlər nazirləri ilə Norveçin paytaxtı Osloda keçirməsinin Qəzza məsələsində həssaslığın artması baxımından faydalı olduğuna diqqət çəkib. Skandinaviya və Benilüks ölkələri də Qəzzada atəşkəs çağıra bilməyən Avropa İttifaqı (Aİ) daxilində Fələstinə dəstək verən ölkələrin sayının artırılmasında önəmlidir.
2023-12-16 03:49:58
Tərcümə“24 SAAT”