Xəbərlər

Rəcəb Tayyib Ərdoğan Azərbaycana gəlir

Loading...

Bakı/26.10.21  Bu gün Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan prezident İlham Əliyevin dəvətilə Azərbaycana birgünlük işgüzar səfərə gəlir.

Səfər 2020-ci ildə İkinci Qarabağ Müharibəsi zamanı erməni işğalından azad edilmiş Füzuli şəhərində beynəlxalq aeroportun açılış mərasiminə həsr olunub.

İki ölkə liderləri Türkiyənin dəstəyilə Zəngilanda inşa olunacaq “ağıllı aqropark”ın təməlqoyma mərasimində də iştirak edəcəklər.

Bundan əlavə,  prezidentlərin iştirakı ilə Əhmədbəyli-Horadiz-Mincivan-Ağbənd və Əhmədbəyli-Füzuli-Şuşa yollarının çəkilişi üzrə işlərə start veriləcək.

Türkiyə liderinin rəsmi qarşılanma mərasimi Birinci Ağalı kəndi ərazisində olacaq.

Səfər çərçivəsində TürkiyəAzərbaycan arasında ikitərəfli münasibətlərin bütün aspektləri müzakirə olunacaq və əməkdaşlığın dərinləşdirilməsinə yönələn addımlar nəzərdən keçiriləcək.

Görüşlər zamanı cari regional və beynəlxalq hadisələr barədə də fikir mübadiləsi aparılacaq, “Anadolu” agentliyi bildirib.

Füzulidə aeroportun tikintisinə 14 yanvar 2021-ci ildə Türkiyə şirkətlərinin iştirakı ilə başlanılıb. Zolağın uzunluğu 3 kilometr, eni 60 metrdir. Terminal 200 sərnişin üçün nəzərdə tutulub. Hava limanı Bakıdan 300 kilometr, Şuşadan 100 kilometr məsafədə yerləşir. -0-

 

Turan

“24 saat”

Bənzər məqalələr

SİZ DƏ FİKRİNİZİ YAZIN

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button