Now Reading:
Rəcəb Tayyib Ərdoğan müxalifət partiyasının sədrini həbslə hədələdi

Rəcəb Tayyib Ərdoğan müxalifət partiyasının sədrini həbslə hədələdi

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan müxalifət partiyası olan “İyi Partiya”nın sədri Meral Akşeneri həbslə hədələyib.

Bələdiyyə seçkiləri ərəfəsində aparılan təbliğat kampaniyası çərçivəsində Elazığ şəhərində seçicilərlə görüşdə çıxış edən Rəcəb Tayyib Ərdoğan müxalifətin Kandildən (terrorçu PKK təşkilatının lideri Abdulla Öcalanın saxlandığı həbsxana) təlimat aldığını iddia edib.  

Əvvəlcə CHP sədri Kamal Kılıcdaroğlunu yalançı adlandıran Rəcəb Tayyib Ərdoğan çıxışının davamında Meral Akşeneri hədəfə alıb: “Biriləri cəza evində cəzasını çəkir, sən də o yola düşə bilərsən. Niyə? Prezidentə şər ata bilməzsən. Xanım əfəndinin qaçacağı dəlik də yoxdur. O millət vəkili də deyil. Onunla tezliklə hesablaşacayıq” deyib.

“İyi Partiya”nın Divanı və parlament fraksiyası Ərdoğanın bu hədəsi ilə bağlı birgə etiraz bəyanatı yayıb. Bəyanatda Rəcəb Tayyib Ərdoğan üçün ağır ittihamlar səsləndirilək onun öz vətəndaşlarını dəfələrlə terrorçu adlandırdığı, o cümlədən evində dollar saxlayan vətəndaşlardan tutmuş, baqqallara qədər bir çox təbəqələrin ünvanına “terrorçudan daha pisdirlər” deməsi xatırladılıb. Partiyanın rəhbərliyi və millət vəkilləri “Hamımız Meral Akşenerik” – deyə vurğulayaraq liderini müdafiə edib. 

Özünün Twitter hesabında Ərdoğanı işarələyərək prezidentə cavab verən Akşener isə bunları yazıb:

“Haqsızlıq qarşısında susan, dilsiz şeytandır.  Haqq sözə uydum deyə, təhdidmi edirsən, Ərdoğan? Mən 28 Fevralda ( 1997-ci ildəƏrbakan hökumətinin devrilməsi ilə nəticələnən hərbi çevriliş nəzərdə tutulub ) tanklı-tüfəngli generallardan qorxmamışam, zamanında onlardan qorxanlardan niyə qorxum? Hodri meydan!”

Maraqlı xəbərlər üçün  Az24saat.org saytının  FACEBOOK səhifəsini izləyin

Input your search keywords and press Enter.