2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Sosial

Rəfael Cəbrayılov haqqında ittiham hökmü çıxarılıb

2005-2019-cu illərdə Milli Məclisin deputatı olmuş Rəfael Cəbrayılov haqqında ölümündən sonra ittiham hökmü çıxarılıb.

Saytların yığılması Saytlarin yigilmasi

2005-2019-cu illərdə Milli Məclisin deputatı olmuş Rəfael Cəbrayılov haqqında ölümündən sonra ittiham hökmü çıxarılıb. Bu hökm iyunun 2-də Bakı Ağır Cinayətlər Məhkəməsində elan edilib.

Hökmə əsasən, Cəbrayılov dələduzluq, vəzifə səlahiyyətlərindən sui-istifadə kimi əməlləri törətməkdə təqsirli hesab edilib. Lakin o, həbsdə vəfat etdiyinə görə ona cəza təyin edilməyib. Sabiq deputatın barəsindəki cinayət işinə isə öldüyünə görə bəraətverici əsaslar olmadan xitam verilib.

Keçmiş deputat 2021-ci ilin sentyabrında həbsdə vəfat edəndən sonra onun həyat yoldaşı Aidə Cəbrayılova məhkəmə prosesinin davam etdirilməsində israr edərək, ərinə bəraət verilməsini tələb edirdi.

Cəbrayılova həyat yoldaşının təqsirsiz olduğunu vurğulayır, onun həbsinə görə qaynı Elşən Cəbrayılovu günahlandırırdı.

Elşən Cəbrayılov isə şahid qismində məhkəmədə dindirilərkən ünvanına səslənən ittihamları qəbul etməmiş, əksinə, rəhbərlik etdiyi tikinti şirkətinin və özünün müflis olmasına görə mərhum qardaşını ittiham etmişdi.

Sabiq deputatın ölümündən sonra məhkəmədə onun hüquqi varisi qismində onun həyat yoldaşı iştirak edirdi.

Xatırlatma

Milli Məclisin III, IV və V çağırış deputatı olmuş Rəfael Cəbrayılov CM-nin 178.3.2 (külli miqdarda ziyan vurmaqla dələduzluq) və 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə, ağır nəticələrə səbəb olduqda) maddələrilə ittiham olunurdu.

Məhkəmədə ittihama münasibət bildirən Cəbrayılov onunla razılaşmadığını demişdi: “Özümü qətiyyən təqsirli bilmirəm…”

2019-cu ildə Cəbrayılovun 300 min dollar borca görə III və IV çağırış Milli Məclisin deputatı vəsiqələrini girov qoyması məsələsi üzə çıxandan sonra o, mandatdan məhrum edilməsi üçün parlamentə müraciət etmişdi. 2019-cu ilin sentyabrında MSK onun mandatdan məhrum edilməsi haqda qərar çıxarmışdı.

Cinayət işi üzrə 11 nəfər zərərçəkmiş qismində tanınıb. Onların arasında çoxmərtəbəli binaların tikintisiylə məşğul olan “Şərur” MTK-nın rəhbəri İsfəndiyar Axundov, lombard sahibi Məlahət Qurbanova və digərləri var. 11 nəfərin ümumilikdə 2 milyon 571 min manatının ələ keçirildiyi iddia olunur.

Cəbrayılov sentyabrın 30-da koronavirusdan müalicə olunduğu “Yeni Klinika”da vəfat edib.

Qanuna görə, haqqında qanuni qüvvəyə minməmiş şəxs həbsdə öləndə cinayət işi üzrə yaxın qohumlarından biri hüquqi varis kimi tanınır.

Ölmüş şəxs özünü təqsirli bilməyibsə, yaxud hüquqi varis onun təqsirsizliyində israrlıdırsa, məhkəmə araşdırmaları davam edir.

Sonda onun haqqında ya ittiham, ya da bəraət hökmü çıxarılır. Şəxs təqsirli bilinsə, ona cəza təyin olunur, lakin ölümü ilə əlaqədar cinayət işinə xitam verilir.

24 saat” “
Rəfael Cəbrayılov haqqında ittiham hökmü çıxarılıb
” başlıqlı yazını “AzadliqRadiosu”na istinadən dərc edib

Xeberler

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button