Dünya

Rəisi iranlıları birliyə çağırır

Sosial mediada yayılan videoalrda Tehran, Kərəc, Şiraz və İsfahan şəhərlərində etirazçıların “Diktatora ölüm!” kimi şüarlar səsləndirdikləri görünür

Oktyabrın 4-də iranlılar aramsız olaraq davam edən etirazların 17-ci günündə yenidən antihökumət şüarları ilə küçələrə çıxıblar.

Universitetlərin və ali məhkəb tələbələrinin nümayişlərə qatılması ilə etirazların miqyası bir az da böyüyüb.

Sosial mediada yayılan videoalrda Tehran, Kərəc, Şiraz və İsfahan şəhərlərində etirazçıların “Diktatora ölüm!” kimi şüarlar səsləndirdikləri görünür.

İran Milli Məclisinin oktyabrın 4-də keçirilən sessiyasında prezident İbrahim Rəisi ölkədəki “çatışmazlıqları” etiraf edib.

Lakin o da ölkənin ali rəhbəri ayətüllah Əli Xameneyi kimi etirazlara görə “xarici düşmənləri” günahlandırıb.

Şahidlər bütün ölkə boyunca evlərin damlarından şüarların səsləndirilməsi, saçların kəsilməsi və hicabların yandırılması kimi xaotik və kiçik itaətsizlik aktlarından xəbər verirlər.

Videolardan birində Tehran yaxınlığındakı Kərəc şəhərində tələbə qızların Təhsil Nazirliyinin rəsmisini qovduqları görünür. Tələbə qızlardan bəzilərinin hicabı yoxdur:

Tehranın Tehranpars və Ekbatan məhəllələrində etirazlar daha izdihamlı olub.

Burda çəkilmiş videolarda arxa plandan atəş səsləri gəlir.

Oktyabrın 4-də Gilan Universitetinin tibb tələbələri təcili yardım ambulanslarından nümayişçilərə qarşı istifadə olunmasına etiraz ediblər.

Oktyabrın 4-də yayılmış başqa bir videoda İsfahanın Taleqani küçəsində mağazaların etiraz olaraq bağlanması görünür.

Etirazlar 22 yaşlı gənc qadın Məhsa Əmininin hicab qaydasını pozduğuna görə polisə aparılmasından və orada ölməsindən sonra başlanıb.

Əmininin İran Kürdüstanındakı doğma şəhəri Sakızdan gələn videolarda tələbə qızların etiraz etdikləri görünür.

Videolardan birində Sakız şəhərindən məktəbli qızlardan biri: “Qorxmayın, biz birlikdəyik!” deyə çığırırdı.

Etirazlar başlanandan bəri İran boyunca aktyorlar, fəallar və jurnalistlər də daxil yüzlərlə nümayişçi həbs olunub.

24 saat” “
Rəisi iranlıları birliyə çağırır
” başlıqlı yazını “AzadliqRadiosu”na istinadən dərc edib

Xeberler

Gözdən qaçırmayın:  ‘Putini qovmaq istəyən’ şamanın məcburi müalicəsi uzadıldı

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button