Loading...
Loading...
Dünya

Rəisi nüvə paktı üçün şərtini bildirir

Beynəlxalq Atom Enerjisi Agentliyi (BAEA) nüvə materiallarının izlərinə “ehtiyat tədbiri” məsələsi deyir

BMT-nin nüvə agentliyi İranın üç obyektindən götürülmüş nüvə materialının mənşəyini araşdırmağı dayandırmasa, dünya supergücləri ilə nüvə sazişi bərpa edilməyəcək. Bu tələbi İran Prezidenti İbrahim Rəisi dilə gətirib.

Rəisi avqustun 29-da hakimiyyətinin birinci ildönümü münasibətilə mətbuat konfransında ABŞ Prezidenti Co Baydenlə görüşə səbəb görmədiyini söyləyib. Hər iki prezident gələn ay BMT Baş Məclisində iştirak edəcəklər.

“Ehtiyat tədbiri məsələsi həll olunmayınca, nüvə paktı üzrə razılaşmadan danışmağın mənası yoxdur”, Rəisi vurğulayıb.

Beynəlxalq Atom Enerjisi Agentliyi (BAEA) nüvə materiallarının izlərinə “ehtiyat tədbiri” məsələsi deyir.

Rəisi 2021-ci ilin avqustunda seçkini udaraq iki dönəm prezident Həsən Ruhanini bu postda əvəzləyib.

Rəisi prezident seçiləndə Baydenlə görüşəcəyinə dair suala sadəcə “xeyr” cavabı vermişdi. Baydendən əvvəl prezident olmuş Donald Tramp ölkəsini 2015-ci il nüvə sazişindən birtərəfli qaydada çıxararaq Tehrana ağır iqtisadi sanksiyaları bərpa edib.

Avqustun 29-da eyni suala cavab verən Rəisi cavabına bir neçə söz əlavə etsə də, mahiyyət dəyişməyib.

“Mənimlə onun arasında görüşün faydası yoxdur. Nə İran xalqı, nə də böyük dövlətimizin maraqları üçün”, – Rəisi deyib.

Vaşinqton 2018-ci ildə nüvə paktından birtərəfli qaydada çıxandan sonra Tehran da saziş çərçivəsində öhdəliklərindən tədricən geri çəkilib.

Sazişin məqsədi İranın nüvə bombası hazırlamasının qarşısını almaqdır. Tehran isə nüvə proqramının yalnız dinc məqsədli olduğunu deyir.

24 saat” “
Rəisi nüvə paktı üçün şərtini bildirir
” başlıqlı yazını “AzadliqRadiosu”na istinadən dərc edib

Xeberler

Gözdən qaçırmayın:  BAEA missiyası Zaporojye AES-ə gedir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button