AZ24SAAT.ORG

Now Reading:
Rəqabət Məcəlləsinə Prezident Administrasiyasında baxılır

12 ildir qəbul edilməyən sənəd hələ parlamentə daxil olmayıb

“Rəqabət Məcəlləsinin qəbul edilməməsi bizi də, sahibkarları da narahat edir. Bu Məcəllənin qəbulu Strateji Yol Xəritəsində öz əksini tapıb, ancaq yenə də Milli Məclisin yazı sessiyasının gündəliyinə salınmayıb”. Bunu Milli Məclisin İqtisadiq siyasət, sənaye və sahibkarlıq komitəsinin fevralın 14-də keçirilən iclasında deputat Vahid Əhmədov deyib. O bildirib ki, hər zaman həmkarı Əli Məsimli ilə Rəqabət Məcəlləsinin qəbulu ilə bağlı məsələni qaldırıb.

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadə isı bildirib ki, Rəqabət Məcəlləsi ilə bağlı layihəyə Prezident Administrasiyasında baxılır və yaxın vaxtlarda Milli Məclisə daxil olacaq.

O qeyd edib ki, parlamentə daxil olduqdan sonra qanun layihəsi müzakirəyə çıxarılacaq.

12 il əvvəl hazırlanan və Milli Məclisdə ilkin müzakirəyə çıxarılan Rəqabət Məcəlləsi inhisarçılığın aradan qaldırılması istiqamətində mühüm sənəd hesab edilir. Ekspertlərin fikrincə, bu sənəd hakimiyyətdə təmsil olunan oliqarxların maraqlarına uyğun gəlmədiyi üçün bu məcəllənin qəbuluna maneə yaradırlar. Bu səbəbdən də sənədin müzakirə və qəbulunun gecikdirildiyi hesab edilir.

İqtisadçı deputatlar Vahid Əhmədov və Əli Məsimli də dəfələrlə bu məsələni parlamentdə qaldıraraq, hökumətdə məcəllənin qəbul olunmamasında maraqlı qüvvələrin olduğunu vurğulayıblar.

SİZ DƏ FİKRİNİZİ YAZIN

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

24saat.org@gmail.com
Çəkdiyiniz videoları bu ünvana yollamaqla bizimlə əməkdaşlıq edə bilərsiniz! Telefon - 055 239-48-36
Input your search keywords and press Enter.