SEÇMƏ

Rəşad Dağlı bir bıçaq zərbəsi vurduğunu etiraf edib

Yayımlandı: 11 Noyabr 2022 00:11

Onun haqqında həbs qərarı çıxarıldı

Meyxana aləmində Rəşad Dağlı kimi tanınan Rəşad Əmirov haqqında ilkin istintaq dövrü üçün 4 aylıq həbs qətimkan tədbiri seçilib. Noyabrın 10-da Qaradağ Rayon Məhkəməsində hakim Teymur Qurbanov bu barədə qərar çıxarıb.

Məhkəmədə çıxış edən Rəşad Əmirov qətldə özünü təqsirli bilsə də, deyib ki, bıçaq qarşı tərəfdə idi. Əvvəl özünün bıçaqlı hücuma məruz qaldığını vurğulayan meyxanaçı bildirib ki, bir bıçaq zərbəsi vurub.

38 yaşlı meyxanaçı Cinayət Məcəlləsinin 120.1 (qəsdən adam öldürmə) maddəsilə ittiham olunur. Bu maddədə 9 ildən 14 ilə qədər azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulub.

Rəşad Əmirov noyabrın 8-dən 9-na keçən gecə Qaradağ rayonu,  Lökbatan qəsəbəsində 1979-cu il təvəllüdlü İsgəndər Mehdiyevi bıçaqla qətlə yetirməkdə təqsirləndirilir. Hadisə gecə saat 5 radələrində baş verib.

İddiaya görə, hadisənin başvermə səbəbi İsgəndər Mehdiyevin Rəşad Dağlını təhqir etməsi olub. Öncə onların arasında mübahisə telefonda başlayıb. Zəng eləyən isə İsgəndər Mehdiyev olub. Telefonda deyilənlərə görə meyxanaçı onun yaşadığı yerə gedib və nəticədə hadisə yaşanıb.

38 yaşlı Rəşad Əmirov hadisədən sonra gedib polisə təslim olub.

Qətlə yetirilən şəxsin başqa bir meyxanaçı Ələkbər Yasamallının qohumu olduğu bildirilir.

Meydan TV

Gözdən qaçırmayın:  Rusiya XİN: “Ukrayna ilə danışıqlara hazırıq”

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button