2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
SEÇMƏ

Rəsmi: Dövlət qurumu və banklara kiberhücumlar olub

Yayımlandı: 8 Avqust 2022 21:29

Hansı internet resursunun ələ keçirilməsi haqda məlumat yoxdur

Avqustun 8-də Azərbaycanın bir sıra dövlət qurumu və banklara qarşı genişmiqyaslı kiberhücumlar olub.

Saytların yığılması Saytlarin yigilmasi

“Report” Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinə istinadən bu barədə məlumat yayıb. Hansı internet resursunun sıradan çıxarılmasına dair bilgi verilməyib.

Xidmətin Kompüter İnsidentlərinə qarşı Mübarizə Mərkəzi (KİMM) ötən həftə Azərbaycanın elektron informasiya ehtiyatlarına qarşı genişmiqyaslı kiberhücumların gözlənildiyi barədə xəbərdarlıq etmişdi.

Bu ilin aprel ayında İcbari Tibbi Sığorta Bürosunun internet resursu kiberhücuma məruz qalmışdı. Hücumu edən hakelərin internet resurslarında yaydığı məlumatlara görə, İcbari Sığorta Bürosunun bütün sisteminin dağıdıldığı və 40 milyondan çox məlumatın ələ keçirildiyi iddia olunurdu.

Kiber hücumun “DarkNet” internet resurslarında “AngryBoy” təxəllüslü haker tərəfindən edildiyi deyilir. Büronun bütün sisteminin dağıdıldığı və 40 milyondan çox məlumatın ələ keçirildiyi iddia olunurdu.

Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti. Mənbə: “dmx.gov.az”

Həmin vaxt Meydan TV-yə açıqlamasında informasiya texnologiyaları üzrə ekspert Osman Gündüz bildirmişdi ki, mövcud vəziyyət hazırda bu sahədə ciddi çatışmazlıqların və problemlərin olmasından xəbər verir.

O hesab edir ki, Prezidentin müvafiq fərmanı əsasında hazırlanmalı olan “Kritik informasiya infrastrukturunun təhlükəsizliyinin təmin edilməsi haqqında Qaydalar” tez bir zamanda qəbul edilməlidir.

Onun fikrincə, kritik hesab olunacaq qurumların siyahıları təsdiqlənməlidir:

“Eyni zamanda fərdi məlumatların qorunması haqqında qanunvericiliyimiz də son zamanlar qəbul edilən yeni Avropa standartlarına uyğunlaşdırılmalıdır. Fərdi məlumatları qoruya bilməyən dövlət və özəl sektora qarşı cəzalar sərtləşdirilməlidir”.

Meydan TV

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button