2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Siyasət

Rəsmi Yerevan Ankara ilə dialoqa hazırdır, lakin Zəngəzur dəhlizini “sülhə və sabitliyə zidd” hesab edir.

Bakı/20.09.21 Ermənistan baş nazirinin mətbuat katibi Mane Gevorqyan Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın bəyanatını “Armenpress”ə şərh edib. Belə ki, Türkiyə prezidenti bildirib ki, Ermənistanın baş naziri Nikol Paşinyanın Gürcüstanın baş naziri İrakli Qaribaşvili vasitəsilə onunla görüşmək istəməsilə bağlı təkliflər gəlir.

“Baş nazir Milli Məclisin son iclasında hökumət üzvlərilə sual-cavab rejimi zamanı  Türkiyə ilə danışıqlara başlanılması ilə bağlı öz düşüncələrini açıqlayıb, bildirib ki, onun fikrincə, yüksək səviyyəli əlaqələrdən öncə işgüzar müzakirələr olmalıdır.

“Hazırda Ermənistan və Türkiyə rəsmiləri arasında hər hansı əlaqə olmayıb, amma Ermənistan hökuməti bu cür əlaqələrə hazırdır. Bu cür effektiv iş şəraitində Ermənistan həm yüksək, həm də ali səviyyədə görüşlərə hazır olacaq”.

Saytların yığılması Saytlarin yigilmasi

Ərdoğanın Ermənistan ərazisindən dəhliz açmaq çağırışı ilə bağlı suala cavabında o deyib: “Ermənistan 9 noyabr və 11 yanvar tarixli bəyanatlarda yer alan razılaşmaların dəqiq yerinə yetirilməsinə böyük əhəmiyyət verir. Kommunikasiyaların açılması regionda uzunmüddətli sülh və sabitliyin bərqərar olması, düşmənçilik mühitinin aradan qaldırılması üçün son dərəcə vacibdir və Ermənistan bu istiqamətdə hərəkət etmək əzmindədir. Bəzi bəyanatlarda kommunikasiyaların bərpası mövzusu transformasiya olunur və regional təcridin saxlanması məntiqini qazanır. Dəhlizlər barədə söhbət regionda sülhün və sabitliyin bərqərarı, düşmənçilik atmosferinin aradan qaldırılması məntiqinə ziddir. O, təkcə region dövlətlərinin və xalqların təcrid olunmasına yox, həm də bu təcridə dönməzlik əlamətinin verilməsinə yönəlib. Lakin regionun qarşılıqlı əlaqəsini qabardan regional kommunikasiyaların açılması yolları da var və düşmənçiliyin tədricən aradan qaldırılmasının real yolu ola bilər. Ermənistan hökuməti bu variantı dəstəkləyir və 9 noyabr tarixli üçtərəfli bəyanatın 9-cu bəndində və 11 yanvar tarixli üçtərəfli bəyanatda məhz bu variant təsvir olunub”, – o bildirib. -02D-

 

Mənbə
“24 saat”

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button