Now Reading:
Rəsul Quliyev Heydər Əliyev Fonduna mülk hədiyyə edib – İDDİA

Eks-spikerin hədiyyəsi qəbul edilsə də günahları bağışlanmayıb

Rəsul Quliyev mülkiyyətində olan və İçərişəhərdə yerləşən şəxsi mülkünü 2008-ci ildə Heydər Əliyev Fonduna hədiyyə edib. Bu barədə 24saat.org saytına eks-spikerin yaxın adamlarından biri məlumat verib. O, bildirir ki, 2005-ci ilin parlament seçkiləri ərəfəsində “qayıdış şousu” ilə hakimiyyətlə münasibətləri çox pisləşən R.Quliyevin Fonda hədiyyə verməsinin məqsədi “günahlar”ının bağışlanaraq, “dostcasına” ölkəyə qayıtmaq olub. Ancaq hədiyyə qəbul edilsə də, onun günahaları bağışlanmayıb. Bundan sonra hakimiyyətlə barışmaqdan əlini üzən Rəsul Quliyev şəhərin mərkəzində “Tarqovı” kimi tanınan ərazidə olan bahalı mülkünü və Zağulbada olan böyük bağ evini satmaq isəsə də, buna da icazə verilməyib.

Qeyd edək ki, R.Quliyev vaxtilə hakimiyyətdə yüksək postlarda təmsil olunub. 1991-ci ildə Azərbaycan Respublikası Dövlət Müstəqilliyini bərpa etdikdən sonra – 1992-ci il dekabrın 7-də Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin vitse-prezidenti-Neft və qaz emalı üzrə Baş İdarəsinin rəisi təyin edilib.

1993-cü ilin may ayından noyabr ayınadək Baş nazirinin müavini işləyib. 1993-cü ildən deputat seçilən Rəsul Quliyev 1996-cı ilədək Milli Məclisin sədri olub. 1996-cı il sentyabrın 11-də bu postan istefa verib və ABŞ-a köçüb və indiyədək orada yaşayır.

2003-cü ildə keçirilmiş prezident seçkilərində Azərbaycan Demokrat Partiyası tərəfindən namizədliyi irəli sürülsə də, Mərkəzi Seçki Komissiyası tərəfindən təsdiq olunmayıb.

2005-ci ildə Azərbaycanda parlament seçkilərinə qatılmaq məqsədilə Azərbaycana qayıdacağını bəyan etsə də, Ukraynanın Simferopol şəhərinə enib.

Orada həbs edilən Rəsul Quliyev 3 gündən sonra azadlığa buraxılıb.

Xatırladaq ki, son açıqlamasında cənab Quliyev yenidən Bakıya qayıdacağını bildirib.

24saat.org

SİZ DƏ FİKRİNİZİ YAZIN

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

24saat.org@gmail.com
Çəkdiyiniz videoları bu ünvana yollamaqla bizimlə əməkdaşlıq edə bilərsiniz! Telefon - 055 239-48-36
Input your search keywords and press Enter.