2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Xəbərlər

Rəcəb Tayyib Ərdoğan Azərbaycana gəlir

Bakı/26.10.21  Bu gün Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan prezident İlham Əliyevin dəvətilə Azərbaycana birgünlük işgüzar səfərə gəlir.

Səfər 2020-ci ildə İkinci Qarabağ Müharibəsi zamanı erməni işğalından azad edilmiş Füzuli şəhərində beynəlxalq aeroportun açılış mərasiminə həsr olunub.

İki ölkə liderləri Türkiyənin dəstəyilə Zəngilanda inşa olunacaq “ağıllı aqropark”ın təməlqoyma mərasimində də iştirak edəcəklər.

Saytların yığılması Saytlarin yigilmasi

Bundan əlavə,  prezidentlərin iştirakı ilə Əhmədbəyli-Horadiz-Mincivan-Ağbənd və Əhmədbəyli-Füzuli-Şuşa yollarının çəkilişi üzrə işlərə start veriləcək.

Türkiyə liderinin rəsmi qarşılanma mərasimi Birinci Ağalı kəndi ərazisində olacaq.

Səfər çərçivəsində Türkiyə və Azərbaycan arasında ikitərəfli münasibətlərin bütün aspektləri müzakirə olunacaq və əməkdaşlığın dərinləşdirilməsinə yönələn addımlar nəzərdən keçiriləcək.

Görüşlər zamanı cari regional və beynəlxalq hadisələr barədə də fikir mübadiləsi aparılacaq, “Anadolu” agentliyi bildirib.

Füzulidə aeroportun tikintisinə 14 yanvar 2021-ci ildə Türkiyə şirkətlərinin iştirakı ilə başlanılıb. Zolağın uzunluğu 3 kilometr, eni 60 metrdir. Terminal 200 sərnişin üçün nəzərdə tutulub. Hava limanı Bakıdan 300 kilometr, Şuşadan 100 kilometr məsafədə yerləşir. -0-

 

Turan

“24 saat”

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button