2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Xəbərlər

Rəhbəri Sarkisyanla görüşən MTN-nin Şuşa şöbəsi yoxlanır: Zahid Abbasov kimdir? – Foto

Hesablama Palatası və Maliyyə Nazirliyi Şuşa Mədəniyyət və Turizm Şöbəsində yoxlamalar başlayır.

24saat.org-a verilən məlumata görə, şöbə müdiri Zahid Abbasovun maliyyə maxinasiyaları barədə şübhələr var.

Hər iki quruma daxil olan məlumatlar əsasında araşdırılmaların başlanmasına zərurə yaranıb. İddialara görə, Z.Abbasov işğaldakı rayonumuzun mədəniyyət şöbəsini illərdir ki, talan etməklə məşğuldur.

Saytların yığılması Saytlarin yigilmasi

susa3

Onun korrupsiya əməlləri barədə Mədəniyyət və Turizm Nazirliyində də məlumatlı olublar. Şöbə müdiri nazirlikdəki himayədarını razı sala bildiyinə görə arxayın şəkildə işinə davam edib.

Məlum olub ki, Mədəniyyət və Turizm Şöbəsinə ayrılmış dövlət vəsaitləri hazırda heç bir fəaliyyəti olmayan mədəniyyət müəssisləri arasında bölüşdürülüb.

Bu faktlar Zahid Abbasovun məsuliyyətə cəlb olunması üçün zəmin yaradıb. Amma onunla bağlı aparılan araşdırmaların yekununda cinayət işi açılmayıb. Şöbə müdiri özünü qoruya bilib.

Z.Abbasov isə Sumqayıt şəhəri, Abşeron, Xızı, Zəngilan, Qubadlı və Şuşa rayon mədəniyyət və turizm idarə və şöbələrinin bazasında yaradılmış Sumqayıt Regional Mədəniyyət və Turizm İdarəsinə rəhbər təyin olunmaq istəyir.

Xatırladaq ki, vaxtilə Z.Abbasov keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətində Vilayət komsomol komitəsində şöbə müdiri işləyərkən Ermənistanın hazırkı prezidenti Serj Sarkisyan və sabiq prezident Robert Köçəryan həmin şöbədə çalışıb. Bu 3 şəxsin arasında olduqca yaxın münasibətlər qurulub.

susa2

Z.Abbasov Azərbaycan nümayəndə heyətinin tərkibində 2009-cu ildə Şuşada olub. Oradan İrəvana da gedib. Ermənistan prezidenti Serj Sarkisyanla görüşüb. Orada keçmiş komsomol təlimatçılarının konkret hansı təlimatları müzakirə etdiyi məlum deyil.

Səfərdən qayıtdıqdan sonra Zahid müəllim mətbuata açıqlamasında Serjik tərəfindən Şuşaya dəvət aldığını, lakin bu dəvəti qəbul etmədiyini demişdi. Qarşı tərəfi də dinləyə bilərik.

24saat.org

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button