2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
ÖLKƏ

“Rəis elə döyürdü ki… elektroşok verirdilər, atılıb göyə düşürdüm…” – FOTO

Xaçmaz rayonunda gənc oğlan polis şöbəsində dəhşətli işgəncələrə məruz qaldığını deyir. Maşın oğurlamaqda şübhəli bilinərək polis şöbəsinə aparılan Zaman Orucov başına gələnləri Criminal.az saytına danışdı:

 

Saytların yığılması Saytlarin yigilmasi

”Yanvarın 23-nə keçən gecə yatmağa hazırlaşırdım. Sahə müvəkkili Ədalət evimizə gələrək məni elə yataq paltarında çıxararaq maşına oturdub gətirirlər şöbəyə. Şöbədə gecə saat 3-ədək işgəncə veriblər. Özümdən getmişdim”.

Şikayətçinin sözlərinə görə, onu döyənlər üç nəfər olublar, biri də mülki geyimdə olub: “RƏis müavini Amil özü elə döyürdü ki, heç ermənini belə döyməzlər. Boynuma almadım. Sonra başqa otağa apardılar. Əvvəlcə dubinka və elektroşoku gətirdilər. Sonra başladılar məni toka verməyə. Toka verdikdə məni qaldırıb yerə çırpırdı. Boğulurdum, sonra su tökürdülər üstümə, aylandan sonra yenə döyürdülər. Təcili yardım çağırdılar, iynə vurdular. Ayılmamışam, sora burnuma nəsə iylətdilər, özümə gəldim.

Həkim dedi ki, vəziyyəti ağırdır, xəstəxanaya aparılmalıdır. Polislər dedi ki, sən işini gör, qalanı bizlikdir. Daha sonra məni növbətçi hissəsinin yanında oyağa saldılar. Səhərə kimi alt paltarında betonun üstündə zarıdım. İki gun ac-susuz həmin otaqda qaldım. İki gün valideynlərimlə görüş vermədilər. 48 saat sonra, buraxılmağıama az qalmış kafeyə apararaq müxtəlif yeməklər təklif etdilər. Borş içə bildim. Yanvarın 24-ü qohum-əqrəbam polis şöbəsinin qarşısına gələndən sonra axşam saat 6-da sərbəst buraxdılar”.

Zaman Orucov onu da deyir ki, 48 saat saxlanılması səbəbsiz deyil. Gözləyiblər ki, şişləri çəkilsin.

Zaman Orucov polisdə işgəncəyə məruz qalmasının səbəbini də açıqladı: ”Rayonda bir avtomobil oğurluğu hadisəsi baş verib. Oğurlanan maşını kimsə qoşquya götürüb. Polislər də qoşquya götürən maşının sürücüsünün mən olduğumdan şübhələniblər. Lakin deyilənə görə, sonradan oğurlanan maşın da, qoşquya alan da tapılıb.

Bir uşaq atası olan Z.Orucov baş vermiş hadisə ilə bağlı Baş prokurorluğun və DİN-in qaynar xəttlərinə məlumat verilib. Bundan əlavə, Zaman Orucov Xaçmaz rayon prokurorluğuna ərizə ilə müraciət edib və izahat da yazıb. Dediyinə görə, bədənində elektrokokun izi qalıb, qulağından və bəninin müxtəlif yerlərindən xəsarət alıb, böyrəyində problemlər yaranıb.

Xaçmaz Rayon Polis Şöbəsinin rəis müavini Amil Tahirli Criminal.az saytına açıqlamasında bildirdi ki, Z.Orucov şöbəyə cinayət işi ilə əlaqədar gətirilib: ”İki həftə əvvəl rayonda maşın oğurluğu olmuşdu. Maşın Qusarçay ərazisində Ələmur adlı şəxsin həyətində sökülmüş vəziyyətdə tapıldı. Məlumat üçün bildirim ki, Ələmurun bacısı isə əvvəllər Zamanın qardaşı ilə ailəli olub. Bundan əlavə, Zamanın qardaşı da əvvəllər oğurluqla tutulub.

Maşın sokülmüş vəziyyətdə idi. Ələmur da bildirdi ki, maşını ona Zaman gətirib verib. Biz isə Zamanı təbii ki, polisə gətirməli idik. Zamanı şöbəyə gətirərək dindirdik, müstəntiq üzləşmə apardı, ifadələri alındı. Ələmur sonradan ifadəsin dəyişdi ki, Zamanın adın yalandan çəkib. Buna görə də hələlik araşdırma aparılır. Ələmurun barəsində həbs-qətimkan tədbiri seçilib. Biz hətta soruşduq ki, niyə yalandan Zamanının adın çəkdin. Dedi ki, onun qardaşı bacısına əzab verdiyinə görə belə heyf çıxıb”.

Rəis müavini əlavə etdi ki, Ələmurun həyətində axtarış aparanda maşının bəzi hissəsini sökərək Zaman verdiyini demişdi. Polis əməkdaşları Zamanın evində axtarış keçirdi, zirzəmidən işlənmiş maşın ehtiyat hissələri aşkar olundu. Bundan da əlavə onun həyətində sənədsiz və sokulmuş vəziyyətdə maşını var. Bütün xüsusatlar hazırda araşdırılır.

A.Tahirli polis şöbəsində Z.Orucova işgəncə faktlnl təkzib etdi. Vurğuladı ki, bununla bağlı Z.Orucovun şikayəti prokurorluq tərəfindən araşdırılır.

Criminal.az 
 “Rəis elə döyürdü ki... elektroşok verirdilər, atılıb göyə düşürdüm...” - FOTO

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button