2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Sosial

“Rəis sizinlə görüşmək istəyir” – CƏLİLABADDA VERGİ OYUNU

Vergi müfəttişləri Cəlilabadda “at oynadırlar”. 24saat.org-un xəbərinə görə, bu haqda Sabir Urufzadə yazıb.

Onun sözlərinə görə, Vergilər Nazirliyinin 6 saylı Lənkəran rayonlararası ərazi idarəsinin əməkdaşları meydan sulayır. Belə ki, Niftəliyev İlqar Qüdrət oğlu və Şahbazov Elçin Cavad oğlu şənbə günü Cəlilabadda “reyd” keçiriblər.

Onlar şəhərin H. Əliyev küçəsində Nizami adına 1 saylı məktəblə üzbəüz yerləşən telefon dükanına girərək “yoxlama” aparıblar. Bu barədə Akt tərtib edib, protokol yazıblar.

Saytların yığılması Saytlarin yigilmasi

Dükanda bildiriblər ki, biz bura xüsusi sifarişlə gəlmişik və siyahıda 12 ticarət obyekti qeyd olunub. Onlardan ikisi telefon dükanıdır. Müfəttişlər dükanda xeyli “yoxlama” aparıblar və heç bir qanun pozuntusu aşkarlaya bilməyiblər.

Ancaq yazdıqları aktın vacib olduğunu dönə-dönə təkrar ediblər. Sahibkarlara bildiriblər ki, rəis onlarla görüşmək istəyir. İş adamları
Lənkərana yollanıblar.

Şikayətçi bildirib ki, vergi idarəsində qeydiyyatdan keçdik və rəisin qəbuluna yazıldıq: “Bir az sonra dedilər ki, nə rəis çağırıb, nə də müavinləri, onların yoxlamadan xəbəri yoxdur. Həmin vergi müfəttişlərinə dəfələrlə zəng vursaq da, telefonu açan olmadı”.

24saat.org

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button