2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
SEÇMƏ

Rəqsanə Vilayət Eyvazova şikayət edib: “Polis rəisi mənzilimi alıb, vermir”

Yayımlandı: 1 Mart 2023 17:08

DİN evin alqı-satqı əsasında alındığını deyir

Müğənni Rəqsanə İsmayılova Xəzər Rayonu Polis İdarəsinin rəisi Əli İbrahimovdan daxili işlər naziri Vilayət Eyvazova şikayət edib.

Saytların yığılması Saytlarin yigilmasi

Müğənni şikayəti video formatda “İnstagram” səhifəsində yerləşdirib.

O deyib ki, 2015-ci ildə idarə rəisi ona məxsus mənzili alıb və geri vermək istəmir:

Artıq yeddi ildən çoxdur ki, evimi mənimsəyib, geri qaytarmır. Bu işdə bizə köməklik etməyinizi xahiş edirəm. Düşünürəm ki, hər bir məmur vətəndaşların problemlərini həll etməyə, onların qayğısına qalmalıdır. Prezident İlham Əliyev də çıxışlarında vurğulayır ki, hər bir məmurun borcu öz vətəndaşlarının qeydinə qalıb, onların problemlərini həll etməkdir. Mənim problemsə bir dövlət məmuru, polis rəisi ilədir”.

Yeddi il çalışsam da, bu problemin həlli yolunu tapa bilmədim. Məcburən sizdən mənə kömək etməyinizi, bu işin ədalətli aparılması üçün sizdən kömək istəyirəm. Lazım olarsa, əlimdə yetərincə dəlil-sübutlar var. Mən onları təqdim etməyə hazıram”, – müğənni videomüraciətində deyib.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinin əməkdaşı, polis mayoru Anar Qafarov Meydan TV-yə bildirib ki, tərəflər arasında 2015-ci ildə ev alqı-satqısı olub:

Həmin evin satışı qanunauyğun olaraq notarial qaydada bank-köçürmə yolu həyata keçirilib. Sonradan qarşı tərəf ödənilən məbləği qaytarmadan evi geri tələb edib. Mübahisə, tərəflər arasında məhkəmə qaydasında davam etdirilib. Məhkəmə iddiaçının tələbəni təmin etməyib. Qeyd olunanları nəzərə alaraq diqqətə çatdırırıq ki, iddiaların hüquqi əsası yoxdur”.

Meydan TV

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button