2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Siyasət

Rəşad Məmmədov dövlətə vurduğu ziyanı ödədi

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Dövlət Bayrağı Meydanı Kompleksinin sabiq rəisi Rəşad Məmmədov və digərlərin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

APA-nın məlumatına görə, hakim Əlövsət Abbasovun sədrliyi ilə keçirilən prosesdə Arzu Məmmədov sualları cavablandırıb.

Bildirib ki, istintaq zamanı bir neçə dəfə ifadə verib.

Saytların yığılması Saytlarin yigilmasi

O, Rəşad Məmmədovdan hər hansı tapşırıq almadığını deyib: “Mən İsfəndiyarın tapşırığı ilə Zabil Salmanovla görüşmüşəm. Ona obyekti satmasını təklif etmişəm. Lakin hədə-qorxu gəlməmişəm”.

Hakim Əlövsət Abbasov ondan dələduzluq ittihamı üzrə özünü təqsirli bilib-bilmədiyini soruşub. A. Məmmədov özünü təqsirli bildiyini deyib.

Daha sonra prosesdə Bulvar İdarəsinin nümayəndəsi Hüseyn Əzimov ifadə verərək bildirib ki, R. Məmmədov tərəfindən dövlətə 254 min 676 manat ziyan vurulub və həmin məbləğ mayın 19 da ödənilib. O hər hansı tələblərinin olmadığını deyib.

Proses iyunun 14-də davam etdiriləcək.

Qeyd edək ki, Dövlət Bayrağı Meydanı Kompleksinin sabiq sədri Rəşad Məmmədov, onun təqsirli bilindiyi işlə əlaqədar İsfəndiyar İsfəndiyarov və Arzu Məmmədov həbs edilib. Dələduzluqda təqsirləndirilən həmin şəxslərin barələrində həbs-qətimkan tədbiri seçilib.

Bir müddət əvvəl həmin cinayət işi üzrə zərərçəkmiş şəxs kimi tanınan Zabil Salmanov ərizə ilə istintaq orqanına müraciət edib və təqsirləndirilən şəxslərə qarşı hər hansı şikayətinin olmadığını bildirib.

Martın 4-də A. Məmmədovun barəsində seçilmiş həbs-qətimkan tədbirinin dəyişdirilməsi barədə Səbail rayon Məhkəməsinə etdiyi müraciətə baxılıb. Müraciətdə o, həyat yoldaşının ağır xəstəlikdən əziyyət çəkdiyini qeyd edib.

Səbail rayon Məhkəməsi onun xahişini nəzərə alıb və barəsində seçilmiş həbs-qətimkan tədbirini dəyişdirib. Ondan başqa yerə getməmə haqqında iltizam alınıb və azadlığa buraxılıb.

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Back to top button